Ötən il xarici ölkələrlə ticarət dövriyyəsinin həcmi AZALIB

19-01-2024, 13:04           
Ötən il xarici ölkələrlə ticarət dövriyyəsinin həcmi AZALIB
Ötən il Azərbaycanın xarici ölkələrlə ticarət dövriyyəsinin ümumi həcmi 51 milyard 184 milyon dollara çatıb.

Dövlət Gömrük Komitəsindən Bizim.Media-ya bildirilib ki, bu 2022-ci ilə nisbətən 2,9 faiz azdır. Belə ki, 2023-cü ildə ixracın həcmi 33 milyard 899 milyon dollar, idxalın həcmi isə 17 milyard 285 milyon dollar təşkil edib.

Bundan başqa, xarici ticarətdə 16 milyard 613 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 29,6 faiz azdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru