Vasif Talıbov hələ də Naxçıvan Ali Məclisinə rəhbərlik edir? - FOTO

19-01-2024, 19:07           
Vasif Talıbov hələ də Naxçıvan Ali Məclisinə rəhbərlik edir? - FOTO
Vasif Talıbov 21 dekabr 2022-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsindən azad edilsə də, Milli Məclisin sayında o, hələ də bu postu "tutur".
Bakupost.az xəbər verir ki, parlamentin saytında (https://meclis.gov.az/) Talıbov Vasif Yusif oğlu haqqında məlumatlar yenilənməyib. Belə ki, saytda onun "1995-ci ildən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri" olduğu bildirilir.
Bundan başqa, saytda V.Talıbovla bağlı digər məlumatlar da yenilənməyib. Məsələn, Naxçıvanın keçmiş rəhbəri YAP Naxçıvan Muxtar Respublikası təşkilatının sədrliyindən uzaqlaşdırllsa da, nədənsə Milli Məclisin saytında bu məlumatı da yeniləmək yaddan çıxıb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru