Əridilmiş yağın 3 orqana zərəri – AÇIQLANDI

23-01-2024, 08:04           
Əridilmiş yağın 3 orqana zərəri  – AÇIQLANDI
Əridilmiş kərə yağının ən faydalı olduğunu düşünənlər və yalnız bu yağdan istifadə edənlər 3 orqanı təhlükəyə ata bilər.

“Medicina” xəbər verir ki, həkim qastroenteroloq Sergey Vyalov doymuş yağlarla zəngin bu yağın niyə zərərli olduğunu açıqlayıb.
“İsidilmə, ərinmə, qaynadılma yolu ilə alınan yağ yağlılıq dərəcəsinə görə, hətta təmiz kərə yağını da keçir.

Satışda olan ərinmə yağlarda xolesterin miqdarı o qədər çoxdur ki, qaraciyər, ürək və mədəaltı vəz üçün təhlükə yaradır.

Əgər adi kərə yağının 100 qramında 20 mq xolesterin varsa, ərinmiş və ya QXİ yağda 25 mq xolesterin var. Eləcə də bu yağda zərərli doymuş yağ turşuları çoxdur.

Yağın isidilməsi faydalı maddələri – kalsium, fosfor, kaliumu azaldır, vitamin və mikroelementlər termik işlənmədən sonra intensiv məhv olur.

Xroniki xəstəlikləri olanlara bu yağ olmaz. Amma əridilmiş yağın az miqdarda istifadəsi faydalıdır.
Onda olan yağ turşusu qalın bağırsaq hüceyrələrini qidalandırır, hüceyrə membranını möhkəmləndirir, iltihab və şişlərə qarşı təsir edir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru