Hər insan gündə 2 litr su içməlidirmi?

23-01-2024, 08:14           
Hər insan gündə 2 litr su içməlidirmi?
Son zamanlar dietoloqlar arıqlamaq üçün aclıqla susuzluğu səhv salmamaq barədə danışır və insanlara ac olanda əvvəlcə bir stəkan su içməyi tövsiyə edir.

“Medicina” xəbər verir ki, avropalı həkim, tibb elmləri doktoru Enci İkin orqanizmin susuzluqla aclığı səhv salmadığını bildirib.

“Susuzluq zamanı ağızda quruluq yaranır, aclıq zamanı isə qarında qurultu və mədədə boşluq hissi olur.

O ki, qaldı 2 litr suya. Bu heç bir sübutla təsdiq edilməyən rəqəmdir. Susuzluq hər insan üçün fərdi əmsaldır.

Su içməyi yayda çox isti olduqda və hamiləlik zamanı artırmaq lazımdır.

Əslində isə orqanizmi aldada bilməzsiz, hər gün su içməyə alışmış insan susuzluğu hiss edir.
Eləcə də bütün idman zallarında hər kəs butulla gəzir və hər yerdə dispenser var.

İnsanlar elə düşünür ki, məşq zamanı güclü tərləmə olduğu üçün maye itkisi var və bunun yerini doldurmaq üçün məşqdən sonra su içməlidir.

Hətta məşqə görə də əlavə çox su içmək zərərli ola bilər, elə-belə su içmək olmaz, orqanizminizə qulaq asın. Su balansını tənzimləmək üçün 1 stəkan su kifayətdir.

Dieta saxlayanlar arıqlamaq üçün suya üstünlük verməsin. Suyun iştahı kəsdiyi barədə fikir özünü aldatmaqdan başqa bir şey deyil.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru