İranın raket zərbələrinin niyyəti nə idi
23-01-2024, 09:24

İran ötən həftə raket və dron qabiliyyətinin inkişaf etdiyini, eləcə də ekstremist qrupları, qonşu
ölkələrdə iddia olunan casus bazasını vurmaq məsələsində sədlərini sərgilədi.
İslam İnqilab Keşikçiləri Korpusu (İİKK) yanvarın 15-16-da müasir raketlərlə İraq, Suriya və
Pakistanın ərazi suverenliyini pozdu.
“Biz dünyada raket dövlətiyik. (Düşmənlər) harada İslam respublikasına təhlükə yaratsa, buna
reaksiya verəcəyik və bu reaksiya proporsional, sərt və qətiyyətli olacaq”, – müdafiə
naziri Reza Aştiani bəyan edib.
AzadlıqRadiosunun əməkdaşı Maykl Skollon (Michael Scollon) yazır ki, bu hücumların azı
ikisində ortamənzilli ballistik raketlərin debütü Tehranın əzəli düşməni İsrailə xəbərdarlığı sayılır.
Qəzza zolağında müharibə İranla İsrail arasında gərginliyi artırıb. İranın çoxsaylı əlaltıları və
tərəfdaşları Fələstinə, HƏMAS radikal qruplaşmasına dəstək məqsədilə İsraillə qarşıdurmaya
girib. ABŞ və Aİ HƏMAS-ı terrorçu təşkilat sayır.
“Müqavimət oxu”nun kənarında əyləşməklə…
İran İsrailə qarşı ekstremist qrupların, hətta dövlət aktorlarının daxil olduğu “müqavimət oxu”nu
dəstəkləyir. Bu qrupdakıların çoxunda İran raketləri var. Amma ekspertlərin fikrincə, Tehranın
İsrail ətrafında “alov halqası” yaratmasına baxmayaraq, özü oraya birbaşa girməyə üstünlük
vermir.
İranın tərəfdaşları Yaxın Şərqdə silah istehsalı imkanlarını genişləndirirlər
Di gəl, bu halqanın kənarında əyləşmək də Tehrana bəzi problemlər yaradıb. Bunu Almaniya
Beynəlxalq və Təhlükəsizlik Məsələləri İnstitutunun əməkdaşı Həmidreza Əzizi deyir.
“”Müqavimət oxu” adlanan qrupun üzvlərinin regionda daha aqressiv hərəkətlərə keçdiyi bir
vaxtda İranın yoxluğu Tehranın nüfuzuna böyük zərbə vura bilər. Digər tərəfdən, çəkindirmə
nəzəriyyəsi çərçivəsində İslam respublikası hakimiyyəti inanır ki, İrana təhdidlərə cavab
verilməsə, bu, daha böyük münaqişəyə səbəb olar”, – Əzizi “Radio Fərda”ya deyib.
Ekspertlər İİKK-nın ötən həftəki raket və dron zərbələrinin arxasında bu səbəbi göstərirlər. Yəni
İran güclənən atəş qüvvəsindən düşmənlərinə – potensial olaraq İsrailə qarşı istifadə edə bilər.
Raket zərbələri
İran İsraili vurmağa qadir “Xeybər Şekan” ballistik raketləri ilə yanvarın 15-də Suriyanın şimalqərbində “İslam Dövləti” (İŞİD) və digər ekstremist qrupların bazalarına hücum edib. Elə həmin
gecə İraqın yarımuxtar Kürdüstan Regionunda “Xeybər Şekan” raketləri və dronlar ilə İsrailin
idarə etdiyi iddia olunan “casus” qərargahlarına zərbə endirilib. Kürdüstan Regionunun
Təhlükəsizlik Şurası İranın iddiasını rədd edib.
‘Bizim savaşımız deyil’: İranlılar İsrail-HƏMAS savaşında Fələstin məsələsinə az
dəstək verirlər
Yanvarın 16-da İİKK-nın raket və dronları Pakistanda İran terrorçu qrupunu hədəfə alıb.
İŞİD İranın Kirman şəhərində azı 94 nəfərin ölümü, 280 nəfərin yaralandığı qoşa intiharçı hücum
üçün məsuliyyəti üzərinə götürmüşdü.
Pakistan və İraq ərazilərinə zərbələri pisləyib, İslamabad İran ərazisində gizləndiyini dediyi
separatçı qruplara cavab zərbəsi endirib.
İsrailə birbaşa hücum etməsə də…
Vaşinqtonda yerləşən Demokratiyaların Müdafiəsi Fondunun aparıcı əməkdaşı Behnam Ben
Taleblu deyir ki, İsraillə birbaşa qarşıdurma daha risklidir: “İsrailə açıq şəkildə, silahla hücum
etməmək… o demək deyil ki, İslam respublikası yəhudi dövlətini dolayısı yolla, proksiləri ilə
vurmağın yolunu tapmayıb”.
Lakin onun sözlərinə görə, indilik, nə qədər ki sərhəd boyunca “ekzistensional” böhran
yaranmayıb, İranın birbaşa iştirakı məhdud olacaq.
pressklub.az