Ordumuzun “Tsor” darmadağını - Arutyunyan xilas ola bilmədi

23-01-2024, 15:23           
Ordumuzun “Tsor” darmadağını -
Qarabağdakı separatçıların “müdafiə ordusu”nun keçmiş komandanı, general-leytenant Cəlal Arutyunyanla bağlı cinayət işi məhkəməyə daxil olub və yaxın vaxtlarda ona baxılacaq.

Bu barədə erməni KİV yazıb.

O, 44 günlük müharibədə, xüsusən oktyabrın 12-də ağır nəticələrə səbəb olan səhvlərə yol verməkdə, qoşunları çaşdırmaqda ittiham edilir.

C.Arutyunyanın vəkili Arsen Sardaryan bildirib ki, general bu ittihamı qəbul etmir:

“General açıq-aşkar başqa şəxslərin ixtiyarında olan məsələdə ittiham olunur. Həmin şəxslər diviziyanın mühafizəsini və müdafiəsini lazımınca təşkil etməyən, mühasirədə olan diviziyanın və ayrı-ayrı batareyaların rəhbərləridir. Onlar müşahidə məntəqələri və müşahidəçilər təyin etmək, səngərlər qazmaq, silahları lazımi döyüş vəziyyətində saxlamaq, döyüşə hazır olmaq, dairəvi müdafiə aparmaq məcburiyyətində idilər”, – Sərdaryan bildirib.

Qeyd edək ki, Cəlal Arutyunyan əsasən 2020-ci il oktyabrın 12-də “Tsor” hərbi hissəsinin D-20 diviziyasının darmadağın edilməsində yol verilən səhvlərdə ittiham edilir. O, hazırda ev dustaqlığındadır.
axar.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru