Britaniyada çobanda tibbə məlum olmayan infeksiya tapıldı

24-01-2024, 09:44           
Britaniyada çobanda tibbə məlum olmayan infeksiya tapıldı
Britaniyada çobanda tibbə məlum olmayan infeksiya tapıldı

Böyük Britaniyada 55 yaşlı çobanda elmə məlum olmayan patogen bakteriya aşkarlanıb.

“Medicina” xəbər verir ki, Kral kolleci xəstəxanasının həkimləri yeni infeksiyanı kəşf ediblər.
Pasiyent titrətmə, qızdırma, baş və bel ağrısı ilə xəstəxanaya gətirilib.

Analizlər 2 müxtəlif bakteriya aşkarlayıb, amma birini müəyyən etmək mümkün olmayıb.

Çobanda tapılan yeni növ bakteriyanı Variovorax durovernensis sp. adlandırıblar. Bu çobanın işlədiyi yerdir.

7 ay əvvəl aorta əməliyyatı olunan çobana iribuynuzlu heyvanlardan yoluxucu bakteriyanın keçməsi təxmin edilir.

Araşdırma göstərib ki, o quzuları antiparazitar dərmanlarla yemləyib, bu zaman əlcək taxmayıb.
Kişiyə yerləşdirilən aorta implantantının özü də infeksiyalaşmışdı, cərrahlar məcbur qalıb implantı çıxarıb.

Bu ilk Variovorax durovernensis sp. nov. yoluxmadır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.