Cənub qütbündə imperator pinqvinlərin koloniyaları aşkar edildi - FOTO

25-01-2024, 16:34           
Cənub qütbündə imperator pinqvinlərin koloniyaları aşkar edildi - FOTO
Britaniyanın Antarktika Tədqiqat İnstitutu (BAS) Cənub Qütbündə apardığı peyk müşahidələri nəticəsində imperator pinqvinlərin dörd yeni koloniyasını aşkar edib.

Bu barədə BAS-dan açıqlama verilib.

Açıqlamaya görə, buzlaqlarda həyat şərtlərinin dəyişməsi səbəbindən koloniyalar yerlərini dəyişir və bu yerdəyişmələr peyk vasitəsilə izlənilir.

Müşahidələr zamanı daha əvvəl məlum olan koloniyaların 30 kilometrdən çox yerdəyişmə etdiyi ortaya çıxıb və həmçinin kəşf olunmamış imperator pinqvinlərin yeni koloniyalarına rast gəlinib.

Yeni koloniyalardan birinin Makdonald buz dağlarında yaşadığı məlum olub.
Qeyd edilib ki, yeni koloniyaların kəşfi ilə Cənub qütbündəki imperator pinqvinlərin koloniyalarının sayı 66-ya çatıb.








Mənbə: Haber Global












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru