Ən hündür və ən qısa xalqlar - Azərbaycanda vəziyyət necədir?

25-01-2024, 18:38           
Ən hündür və ən qısa xalqlar -
Azərbaycanda kişilərin orta boyu 174 sm, qadınlar üzrə isə 161,37 sm-dir.

Modern.az-ın məlumatına görə, , Dünya Əhalisinin İcmalı adlı hesabatda qeyd olunub.

Məlumata görə, dünyada əhalinin orta boyuna görə sıralamada birinci ölkə Niderlanddır. Burada kişilərin orta boyu 183,78 sm, qadınlar 170,36 santimetrdir.

Şərqi Timor isə bu sırada sonuncu yerdədir. Bu ölkədə kişilərin orta boyu 160,13 sm, qadınların isə 152,71 santimetrdir.

Region ölkələrində orta boy aşağıdakı kimidir:

- Rusiya: kişilər - 178,69 sm, qadınlar - 166,93 sm

- Ermənistan: kişilər -173,67 sm, qadınlar -159,85 sm

- İran: kişilər -175,62 sm, qadınlar - 161,18 sm

- Gürcüstan: kişilər -175,98 sm, qadınlar - 163,24 sm

- Türkiyə: kişilər - 176,36 sm, qadınlar - 161,8 sm












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru