Aldadılmış məhbus döyüşçülər...
26-01-2024, 10:09

Ukraynadakı müharibədən qayıdan və Müdafiə Nazirliyinin “Ştorm Z” bölmələrinə “işə götürülən” keçmiş məhbuslar müharibə iştirakçılarına görə ödəniş, habelə cinayət qeydlərinin silinməsi ilə bağlı sənədləri almadıqlarını iddia edirlər.
SİA-nın əldə etdiyi məlumata görə, bubarədə keçmiş məhbusların prezident Vladimir Putinə kollektiv müraciətinin mətnini alan “Mühüm hekayələr” nəşri yazır.
Keçmiş məhbuslardan biri nəşrə deyilənlərin həqiqiliyini təsdiqləyib.
Onun dedyinə görə, onlara “ağ vərəq”: yəni tam reabilitasiya, heç bir cinayət faktı qeydə alınmayacağına söz vermişdilər.
Amma indi nə mənə, nə də tanıdığım heç kiməbu sənəd verilməyib.
...20 il həbsdə yatdım, üç ilim qaldı. Nəzərə alsaq ki, hara getdiyimizi və onların hansı tapşırıqları yerinə yetirdiyini nəzərə alsaq, tam səmimi deyirəm ki, sırf əfv üçün ora getməzdim.
Bunu məhbus deyib.
Onun sözlərinə görə, onlar Müdafiə Nazirliyi ilə tam hüquqlu müqavilələr bağlamayıblar, lakin könüllü birləşmələrdə iştirakla bağlı bəzi razılaşmalar - Rusiya hərbi idarəsi ilə deyil, qondarma "DXR" ilə...var.
Amma reallıq budur ki,keçmiş məhbuslar xəsarətə görə ödəniş almırlar.
Hərbçilər zədə üçün 3 milyon rubl almaq hüququna malik olsa da, “Storm Z” döyüşçüləri yalnız 50-300 min rubl ala bilər.