Anadangəlmə karlığı olan uşaqların eşitmə qabiliyyəti terapiya vasitəsilə bərpa olunub

26-01-2024, 18:34           
Anadangəlmə karlığı olan uşaqların eşitmə qabiliyyəti terapiya vasitəsilə bərpa olunub
Alimlər anadangəlmə karlıqdan əziyyət çəkən uşaqların eşitmə qabiliyyətini bərpa etmək üçün gen terapiyasından istifadə ediblər.

Tədqiqat Şanxaydakı (Çin) Fudan Universitetində aparılıb. Pasiyentlər OTOF (otoferlin) genindəki mutasiyaların səbəb olduğu otosomal resessiv karlığın spesifik formasından əziyyət çəkiblər. Bu gen səs siqnallarının qulaqdan beyinə ötürülməsi üçün zəruri olan eyniadlı zülalı kodlayır.

Terapiya üçün OTOF geninin işlək versiyasını daşıyan adeno-assosiativ virusdan (AAV) istifadə edilib. O, xüsusi cərrahi əməliyyatla xəstələrin qulaqlarına daxil edilib. Prosedur əvvəlcə siçanlar və insan olmayan primatlar üzərində sınaqdan keçirilib.
Mənbə: The Lancet












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru