Avropa “İslam səhvini” 100 il əvvəl buraxıb
8-08-2016, 22:59
“The Economist” yazır ki, hər dəfə bir Avropa şəhərini kütləvi zorakılıq aktı silkələyəndə “ağırçəkili qəzetlər” səhvin nədə olduğuna dair qızğın debatlara başlayır.
Hər dəfə də bu debatlarda Avropadakı İslama hansı yanaşmanın – müsəlman azlıqlarına səxavətli fərqlilik imkanın verilməsinin, yaxud da əksinə, bu fərqliliyin buxovlanmasının düzgün olduğu barədə müzakirələr gedir. Bəzən də sözü gedən terror aktında, məsələn Münhendə yeniyetmənin törətdiyi qətliam hadisəsində olduğu kimi, ümumiyyətlə İslamlıq bir şey olmadığı iddia edilir.
“The Economist” yazır ki, bu mənada Amerikanın Avropada İslam üzrə aparıcı təhlilçisi bu debatlara tamamilə yeni və qeyri-adi töhfə verib.
Jonathan Laurence “Frankfurter Allgemeine Zeitung” qəzetində “terrorizmin əsas etibarilə İslamla bağlılığını” iddia edən yazıya cavab olaraq bildirib ki, Avropa İslamındakı bugünkü patologiyalar bir əsr bundan əvvəl buraxılmış səhvin ard zərbəsidir.
Daha doğrusu söhbət 100 il əvvəl başlamış uzaqgörməyən siyasətdən gedir.
Məqalədə deyilir ki, 1916-cı ilin yayından etibarərən Britaniya hökuməti və onun hərbi müttəfiqləri Osmanlı imperiyasının siyasi, daha doğrusu dini hegemonluğuna qarşı ərəb qiyamının hazırlanmasına başlamışdılar. Bu, Yerusəlimin Britaniya qoşunları tərəfindən fəthi və İslamın müqəddəs yerləri üzərində Osmanlı nəzarətinin sona çatması ilə nəticələndi.
Osmanlılara alternativ olaraq britaniyalılar, əvvəlcə, indiyədək İorqadaniyaya hökmdarlıq edən Haşimilər sülaləsini irəli verdilər. Lakin son nəticədə, bu vəziyyətdən 1924-cü ildə Məkkə və Mədinə üzərində nəzarətə sahiblənən səud kral ailəsi faydalandı.
Avropanı Osmanlı sultanı qoruyurdu
Boston Universitetinin professoru Laurence bildirir ki, o vaxtadək neçə onilliklər ərzində milyonlarla müsəlman Osmanlı imperiyasının başçısı – sultana tabe idi.
Həm də xilafət rolunu oynayan bu imperiya üləmalar, vaizlər və qazilər üçün zirvə instansiya idi.
Bu yaxınlarda, yüz yaşında rəhmətə getmiş Osmanlı tarixçisi Halil Inalcık yazırdı ki, müxtəlif dövrlərdə sultan-xəlifələrin nüfuzu müxtəlif olsa da, lakin bu təsisatın dini hakimiyyəti Britaniya və Hollandiyanın müstəmləkələrdində yaşayan 100 milyon müsəlmanı da əhatə edirdi.
Türkiyə alimi Mustafa Akyol yazır ki, bu fakt Birləşmiş Ştatlar üçün bir sıra müsbət nəticələrə səbəb olmuşdu. Məsələn 2-ci Əbdülhəmid Filippin müsəlmanlarının öz arxipeklaqları üzərində ABŞ hegemonluğunu qəbul etməsində həlledici rol oynamışdı.
“The Economist” yazır ki, Osmanlı xilafəti öz təbəələri üçün son dərəcə cəlbedici idi. Bu cazibə o qədər güclü idi ki, 1870-ci ildən bəri Britaniya diplomatiyası qlobal İslamın nüfuz mərkəzini türklərdən ərəblərə keçirmək üçün ağır zəhmətlər çəkməli olmuşdu. Hollandiya da müsəlmanların öz xütbələrində xəlifənin adını çəkməmələri üçün səylər göstərirdi. Əlcəzair və Mərakeşə sahib olan fransızlar da bu istiqamətdə iş aparırdılar.
Nə qədər ki, yəni 1912-ci ilədək Liviyaya sahib Osmanlı imperiyası idi, Istanbulun Şimali Afrika üzərində nüfuza vardı.
Olan olub…
Cənab Laurence hesab edir ki, həmin xilafətin ləğvi ilə yaranmış boşluğu, bugünədək, İslam Dövləti adlanan qruplaşmanın başçısı Əbu Bəkr əl-Bağdadi də daxil başqa, daha qara qüvvələr doldurub.
Alimin fikrincə, Osmanlı xəlifələrinin mövcudğulu müsəlman ərazilərində anti-Qərb sentimentinin yaranmasının, qlobal dini şəbəkələrin formalaşmasının qarşısını alırdı.
Osmanlı xəlifələri, sultanlar Qərb incəsənətinin və musiqsinin heyranı idilər.
“The Economist” yazır ki, Laurence-in məsələyə yanaşması sadəlövh də görünə bilər və əlbəttə, Avropa İslamını hermetik şəkildə İslam dünyasından ayırmaq istəyi də sadəlövhlükdür. Çünki Avropadakı müsəlmanlar istər-istəməz öz dinlərinin qaynağı olan ölkələrdən təsirlənməkdə davam edəcəklər.
Müəllifin fikrincə ən başlıcası bu təsirlərin nə şəkildə işlədiyini və ən əsası onun mümkün nəticələrini başa düşməkdir.
“Bir mədəni və teoloji təsirin qarşısını almaqla, başqa, daha pis təsirlərə yol açmaq olar” – yazır “The Economist”. (azadliq.org)