Yaxın Şərqdəki gərginlik neft ölkələrinin "çörəyi" ilə necə oynayır?

20-02-2024, 15:54           
Yaxın Şərqdəki gərginlik neft ölkələrinin "çörəyi" ilə necə oynayır?
Ötən həftənin sonunda neft qiymətlərində bahalaşma müşahidə edilsə də, bu həftə dünya bazarı ucuz neftlə açılıb.
Dünya bazarlarında neft qiymətləri yenidən ucuzlaşıb.
Qiymətlərə ABŞ-də inflyasiyanın və yüksək faizlərin yanacaq istehlakının artımını məhdudlaşdıracağına dair narahatlıq təsir edib.
"Brent" markalı neft 61 sent ucuzlaşaraq 82,86 dollar, ABŞ-nin Qərbi Texas nefti 41 sent azalaraq 78,78 dollar olub.
Qeyd edək ki, ötən həftənin sonunda neft qiymətlərində bahalaşma müşahidə edilib. Çünki Yaxın Şərqdəki geosiyasi gərginlik Beynəlxalq Enerji Agentliyinin yavaşlayan tələb proqnozlarını kompensasiya edib.
Xatırladaq ki, keçən həftənin sonunda "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,51 dollar artaraq 88,02 dollar təşkil edib.
"Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 dollardan hesablanıb.
Sputnik.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.