Kibritin yaranma tarixi: Xırda taxta çöplər insanlarda qorxu yaradıb - ARAŞDIRMA + VİDEO
24-02-2024, 15:34
Sadə bir əşya olan kibrit elə də qədim tarixə malik deyil, təxminən 150 il əvvəl icad olunub. İlk dəfə Avropada kəşf edilən kibrit 50 il müddətində təkmilləşmə yolu keçib.
Qəribə görünsə də, alışqanlar kibritdən əvvəl ixtira edilib. İlk kibriti 1805-ci ildə fransalı Jan Lui Şansel icad edib.
Xırda taxta çöplərinin üstünə bertolet duzu ilə şəkər tozunun qarışığı çəkilib. Sonra həmin çöpləri kükürd turşusuna batırarkən kimyəvi reaksiya gedib və alov əmələ gəlib. Amma hər kəsin özü ilə güclü təsirə malik olan kükürd turşusunu gəzdirməsi çox təhlükəli idi.
1830-cu ildə Fransa və Almaniyada indi istifadə etdiyimizə bənzər kibrit istehsal etməyə başladılar. Bu kibritlər ağ fosfordan düzəldilirdi. Ağ fosfor çox tez alışma qabiliyyətinə malik olması ilə bərabər, həm də zəhərli idi. Bu da insan səhhətinə çox pis təsir göstərirdi. Ağ fosfor çox tez alışma qabiliyyətinə malik olduğundan elə qutudaca bir-birinə sürtünməklə alışırdı.
Kibritin icadında son sözü isveçlilər deyiblər. Professor Qustaf Erik Paş kibrit çöplərinin uclarına çəkilən zəhərli ağ fosforu təsirsiz qırmızı fosforla əvəz edib. Bundan əlavə, o, kibrit çöplərini alışdırmaq üçün qutunun üzərinə də fosfor çəkilməsi ideyasını verib. Hazırda məişətdə istifadə etdiyimiz müasir kibritlərin “müəllifi” isə İsveç mühəndisi Yuhan Lundstrem hesab edilir.
İndiki təhlükəsiz kibritləri ilk dəfə o, öz fabrikində istehsal etdirib. Bu səbəbdən də məişətdə istifadə etdiyimiz kibrit “İsveç kibriti” adlandırılır.
Ətraflı Baku TV-nin süjetində: