“Mehriban düşmənlər”:Moskva və Ankara niyə dost ola bilməz? – TƏHLİL
14-08-2016, 10:06
Pavel Şlıkov
Karnegi Fondu
Ərdoğan və Putinin Peterburqda görüşməsi, şübhəsiz ki, tarixi əhəmiyyət daşıyır. Lakin bu görüşün rus-türk münasibətlərinin gələcəyi üçün əhəmiyətini birmənalı qiymətləndirmək olmaz. Rəngarəng reportajların və “əbədi dostluq” haqqında vədlərin arxasında problemlərin uzun siyahısı durur. Liderlər isə bu problemlərin həlli ilə bağlı qərarları qəbul etməyə hələlik tələsmirlər.
Peterburq sammitinin əsas mesajı belə idi: Moskva ilə Ankara arasında fikir ayrılıqları keçmişdə qalmalıdır. İndi döyüşkən ritorikanı və kompromat müharibəsinin yerini 2000-ci illər üçün ənənəvi olan ticari-iqtisadi, mədəni, enerji, hətta ola bilsin, siyasi sahədə birgə əməkdaşlıq tutsun. Bu mesajlar təkcə süni düşmənçilikdən yorulmuş Rusiya və Türkiyə xalqlarına deyil, həmçinin Moskva ilə gərgin münasibətlərdə olan Qərbə də yönəlib. Baş tutmamış hərbi çevriliş, getdikcə artan antiamerikanizm və Türkiyə ilə Brüssel arasında gərginlik Moskva üçün Ankara ilə yenidən əməkdaşlıq qurmaq üçün əlavə imkanlar yaradıb.
Bundan əlavə, bu çevrilişin Qərb tərəfindən hazırlandığına inanan türk cəmiyyəti üçün ABŞ, NATO və Avropa Birliyinə qarşı alternativ tələbi yaranıb.
Rusiya ilə belə antiqərb ittifaqı ideyası təzə deyil. 2002-ci lidə Brüsselin kürd və Kipr məsələsini həll etmək tələbinə Türkiyə Milli Təhlükəsizlik Şursının baş katibi, general Tuncər Kılıc sərt reaksiya verərərk açıq şəkildə Rusiya -Türkiyə – İran “strateji oxu”nun yaradılmasını təklif etmişdi. 2000-ci illərin ortalarında Moskva və Ankaranın ikitərəfli münasibətlərində olan ciddi uğurlar türk KİV-lərində “Avrasiya layihəsi”nin yeni interpretasiyası barədə müzakirələr açdı.
Bir çox jurnalistlər qeyd edirdilər ki, bu layihə Qərbə və Vaşinqtonun birqütblü xarici siyasətinə qarşı formalaşacaq bir alyansdır. Digərləri bu istəkdə Moskvanın Türkiyəni Çin, Hindistan və İranla birgə yaratdığı “Avrasiya oxu”na daxil etmək arzusunu görürdü.
Bunun təsdiqi kimi, Ankaranın Şanxay Əməkdaşlıq Təşklatına müşahidəçi statusu almaq üçün müraciətini göstərirdilər. Odur ki, bu gün Rusiya ilə Avrasiya üzrə tərəfdaşlıq ideyası "deja-vyu" hissi yaradır.
Amma türk iqtisadiyyatının Avropadan asılılıq səviyyəsinə baxdıqda, bütün bu çağırışları, çətin ki, ciddi qəbul etmək olsun. Ərdoğanın bu yaxınlarda NATO-nun Varşava sammitində dediyi sözləri də unutmaq olmaz: Ərdoğan “Qara dənizin rus gölünə çevrilməsinə imkan verməməyə” çağırmışdı. Ona görə, Ərdoğanın Putunun ünvanına dediyi bütün isti sözlərə baxmayaraq, Rusiya- Türkiyə münasibətlərinin tezliklə strateji əməkdaşlıq səviyyəsinə keçəcəyi, çətin, mümkün olsun.
Çünki Moskva və Ankaranın Yaxın Şərqdəki situasiya, Ukrayna münaqişəsi, Kipr və kürd probleminə qədər olan vacib məsələlər üzrə fikir ayrılığı qalmaqdadır. Türkiyə çətin ki, bu məsələlər barədə kompromisə getsin. Bunun üçün türk xaici siyasətinin bütün istiqamətləri üzrə çox ciddi radikal təftiş aparılmalıdır. Bununla yanaşı, Suriya məsələsi üzrə dialoq siyasi münasibətlərin normallaşması üçün əsas baza şərtlərindən biridir.
“Türk marşı”ndan “türk axını”na…
“Türk axını” layihəsini “diriltmək” Ərdoğanın Rusiyaya səfərinin əsas mövzularından biri idi. İki ölkə liderinin böyük enerji layihələrində (Qara dənizin dibi ilə qaz kəmərinin çəkilişi və Türkiyədə ilk atom elektrik stansiyası olan “Akkuyu”) birgə işləmyə hazır olmaları barədə bəyanatları Peterburq sammitinin əsas nəticəsidir. Bir tərəfdən bunu Putinin siyasi və iqtisadi qələbəsi kimi qeydə almaq olar. Çünki bu iki layihə Putin üçün geopolitik planda mühüm idi. Ancaq detallarına baxdıqda, rus qələbəsi heç də birmənalı görünmür. Çünki türk tərəfi əvvəlki kimi israr edir ki, “Türk axını”ndan Türkiyə üçün ayrıca bir xətt ayrılsın. Bu isə siyasi və iqtisadi baxımdan Kremlin və “Qazprom"un maraqlarına cavab vermir.
“Akkuyu” AES layihəsi (22 milyard dollar investisiya) isə özündə heç də az olmayan iqtisadi və siyasi risqlər daşıyır. Hələ 2012-ci ildə Rusiyanın Energetika Problemləri İnstitutu Rusiya və Türkiyənin bununla bağlı sazişini öyrənərək, belə nəticəyə gəlmişdi ki, bu layihə bütövlükdə Rusiyanın iqtisadi maraqarına cavab vermir.
Məruzədə qeyd edildiyi kimi, maliyyə-iqtsadi baxımından müqavilə Tükiyənin maliyyə öhdəlikləri olmadan yerinə yetirilir. Maliyyələşmə isə Rusiya dövlət büdcəsindən ayrılan tranşla aparılır. İnvestisiyaların böyük hissəsini (11 milyard dollardan artıq) türk şirktətləri alır. Bundan başqa, AES-in tikintisi uzadılarsa, rus investisiyasının dondurulması, türk nəzarətçilərinin bağlaya biləcəyi bloklar, yerli əhalinin etirazları risk təhlükəsi yaradır. Sazişdə inflyasiya, qiymətlərin artımı, valyuta məzənnələrinin dəyişməsi və digər maliyyə və siyasi zərbələr nəzərə alınmayıb.
AES-in korporativ idarəçiliyində diskriminativ xarakter də nəzərə çarpır. Türkiyə AES-in tikintisinə heç bir pul qoymasa da, mülkiyyət üzərində nəzarət hüququ əldə edir.
Bağlanmış türk bazarı
Yeddiaylıq soyuq müharibənin Türkiyə üçün ən ağrılı nəticələrindən biri ərzaq mallarına Rusiya embarqosudur. Rəsmi məlumatlara görə, 2015-ci ildə bu embarqonun vurduğu zərər 1 milyard dollar olub. Digər tərəfdən, höükmət bu embarqonun 2016-cı ilin sonuna qədər götürməyi planlaşdırır. Rusiya İstehlak Nəzarəti Xidməti isə ümumiyyətlə bəyan edib ki, embarqonun götürülməsinə heç bir əsas yoxdur. Kənd təsərrüfatı naziri Tkaçov bildirib ki, rus bazarını yerli mal hesabına doldurmaq barədə rus sahibkarlarına vəd veriblər və bunu pozmaq istəmirlər.
Mehriban düşmənlər
Rusiya – Türkiyə münasibətləri o qədər qəlizdir ki, bunu iki liderin dostcasına əl sıxması ilə bərpa etmək çox çətindir. Prezidentlərin əl sıxması vacib şərtdir, lakin uğurun qarantı deyil. Belə çıxır ki, Putin və Ərdoğanın dediyi “münasibətləri böhrandan əvvəlki vəziyyətə çatdırmaq” formulu köhnə problemlərə qayıtmaq anlamına gəlir. İndi bunun üstünə yeddi aylıq soyuq müharibənin xatirəsi də əlavə olunub.
Antiqərb əhvalı üstündə ikitərəfli münasibətlər qurmaq Moskva və Ankara üçün yeni gediş deyil. Son illərdə Moskvanın Qərblə münasibətlərinin kəskinləşdiyi dövrlərdə Türkiyə geopolitik və iqtisadi baxımdan sərfəli sayaraq Moskvanın xeyrinə seçim edib. 2008-ci ildə Cənubi Osetiya ilə bağlı hərbi münaqişədə Türkiyə Rusiya ilə əməkdaşlığı genişləndirmişdi. Son iki ildə isə hər iki dövlət strateji əməkdaşlıq barədə danışmağa imkan verən mühüm müqavilələr imzalamışdı (Akkuyu, Samsun-Ceyhan kəməri, vizasız gediş-gəliş). Bu müqaviələlər bir çox parametrləri ilə Rusiyadan daha çox Türkiyəyə sərfəliydi. Başqa sözlə desək, Rusiya üçün Türkiyədəki irimiqyaslı layihələr daha çox siyasi investisiyalar idi. 2014-cü ildə, Rusiyanın Ukryana böhranı ilə bağlı Qərblə qarşıdurmada olduğu zaman Türkiyə yenə özünün iqtisadi maraqlarını NATO-dakı müttəfiqlərinin marağından üstün tutdu. Ankara ABŞ-ın Rusiyaya qarşı sanksiyalarına qoşulmadı və “Türk axını”nı dəstəklədi. Ankara o zaman Rusiyadan yaxşı hədiyyə aldı. Moskva Rusiya qazına çox böyük endirimlə Ankaraya göndərdi.
Nəhayət, 2015-ci ildə “sıçrayış layihələri”nin iflasının şahidi olduq. Ərdoğanın Putinə iyun ayında yazdığı məktub bunun parlaq nümunəsidir. Noyabrdakı təyyarə faciəsi göstərdi ki, Moskva ilə Ankaranın münasibətləri necə bir sürətlə strateji əməkdaşlıqdan sərt siyasi-iqtisadi qarşıdurmaya qədər dəyişmək gücünə malikdir.
Tərcümə Strateq.az-ındır