Peskov Makronu təriflədi: "Onun Putinlə danışığı..."

7-07-2025, 08:44           
Peskov Makronu təriflədi:
Rusiya prezidenti Vladimir Putinlə Fransa prezidenti Emmanuel Makron arasında baş tutan son telefon danışığı Moskva tərəfindən "kifayət qədər məzmunlu" qiymətləndirilib.

Referans xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov “Rossiya 1” telekanalının jurnalisti Pavel Zarubinə açıqlamasında bildirib. Ətraflı Peskov qeyd edib ki, iki liderin söhbətində müxtəlif intonasiyalar hiss olunub. O əlavə edib ki, hələlik bu danışıqların detalları heç bir yerə “sızdırılmayıb”.

Kremlin nümayəndəsi bununla belə xatırladıb ki, əvvəllər Fransa tərəfi ilə bağlı belə xoşagəlməz hallar baş verib və bu fakt qarşı tərəfə mövqe bildirilərkən daha ehtiyatlı yanaşmağa vadar edir. Beləliklə, Moskva Parislə dialoqu davam etdirir, amma eyni zamanda Fransa tərəfindən ola biləcək informasiyanın ictimailəşdirilməsindən ehtiyat edir. Bu, iki ölkə arasında mövcud gərgin siyasi atmosferin və qarşılıqlı etimadın tam bərpa olunmamasının da göstəricisi kimi dəyərləndirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru