Lavrov İranın xarici işlər naziri ilə görüşüb

Bu gün, 10:18           
Lavrov İranın xarici işlər naziri ilə görüşüb
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rio-de-Janeyroda keçirilən BRİKS sammiti çərçivəsində İranın xarici işlər naziri Abbas Əraqçi ilə danışıqlar aparıb.

Tezadlar.az bu barədə TASS-a istinadən xəbər verir.

Lavrov tədbirdən kənar görüşmək imkanına görə iranlı həmkarına təşəkkür edib və onlar əl sıxıblar.

BRİKS liderlərinin qəbul etdiyi sammit bəyannaməsində Yaxın Şərqdə son zamanlar eskalasiyaya xüsusi diqqət yetirilib. Sammit iştirakçıları İsrailin İrana zərbələr endirməsini pisləyib və bunu beynəlxalq hüququn pozulması kimi qiymətləndiriblər. Bundan əlavə, onlar Beynəlxalq Atom Enerjisi Agentliyinin (AEBA) təminatları çərçivəsində İranın nüvə obyektlərinə hücumlardan narahat olduqlarını bildiriblər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.