Dünyanın ən bahalı avtomobil şirkətinin dəyəri açıqlandı: Fantastik rəqəm

Bu gün, 12:18           
Dünyanın ən bahalı avtomobil şirkətinin dəyəri açıqlandı: Fantastik rəqəm
Rəsmi hesablamalara görə, "Tesla" şirkətinin dəyəri 2025-ci ildə 1 trilyon 185 milyon dollara çatıb.

Oxu.Az daily-motor.ru saytına istinadla xəbər verir ki, müqayisə üçün bu, dünyanın ən böyük avtomobil markaları olan VW (56.3 milyard dollar), "Mercedes-Benz" (55.1 milyard dollar) və "Ferrari"nin (86,4 milyard dollar) birgə dəyərindən çoxdur.

Bildirilir ki, "Tesla" elektrik avtomobilləri, proqram təminatı və yeni akkumulyator texnologiyalarına diqqət yetirməsi sayəsində belə başgicəlləndirici rəqəmə nail ola bilib.

Ancaq "Tesla"nın gələcəyi artıq hamının düşündüyü kimi buludsuz görünmür.

Şirkət Çinin BYD və "Xiaomi" markalarının ciddi rəqabəti ilə üzləşir, lakin onlar hələ də dünyanın ən dəyərli avtomobil istehsalçısı titulundan çox uzaqdırlar:

1. "Tesla" - 1 trilyon 185 milyard dollar;

2. "Toyota" - 237 milyard 300 milyon dollar;

3. "Xiaomi" - 168 milyard dollar;

4. BYD - 164 milyard dollar;

5. "Ferrari" - 86 milyard 400 milyon dollar.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.