Divandan durmadan da arıqlaya bilərsiniz - Necə?

22-04-2024, 10:58           
Divandan durmadan da arıqlaya bilərsiniz - Necə?
LEVITA beynəlxalq balet və dartınma studiyaları şəbəkəsinin baş məşqçisi Akulina Baxturina əmin edir ki, divandan qalxmadan yerinə yetirilə bilən məşqlər, eləcə də düzgün qidalanma yaya qədər bir neçə kiloqram arıqlamağa kömək edəcək.O, bu barədə Lenta.ru-ya müsahibəsində danışıb.Mütəxəssis diqqət çəkib ki, hətta filmə baxarkən belə fiziki fəaliyyətlə məşğul ola bilərsiniz. Məsələn, divanda (yaxud kresloda) otura, kürəyinizi düzəldə və qollarınızı düz oturacağa yayay bilərsiniz. Sonra bir ayağı bütün uzunluğu boyunca dartaraq uzadın və geri aparın. Məşq edərkən, bütün ayaq əzələlərinin hərəkətə cəlb olunduğunu hiss etməlisiniz. Məşqi eyni anda hər iki ayağınızla yerinə yetirsəniz, qarın əzələləri də işə qoşulacaq.Baxturina əlavə edib ki, divanda qol əzələlərini də gücləndirə bilərsiniz. Divanda ayaqlarınızı yerə qoyaraq oturmaq lazımdır. Sonra qollarınızı yanlara uzadın və hərəkət etdirin. Daha sonra kiçik amplituda hərəkətlərlə əllərinizli fırlatmalısınız. Bu zaman qollar gərgin olmalıdır ki, əzələlərin hərəkət etdiyi hiss olunsun.İrəli, sonra geri. Sonra əllərinizi düzəldin, ovuclarınız yerə baxsın. Çiyin bərabərində qollarınızı çevirməyə başlayın ki, ovuclarınız tavana baxsın, sanki onları mümkün qədər arxaya çevirmək və geri qaytarmaq istəyirsiniz. Bu məşq çiyinlərinizi də işə salır və qaməti yaxşılaşdırır.Mütəxəssis qeyd edib ki, divanın kənarından klassik jim hərəkəti təkcə qolların deyil, həm də bütün bədənin əzələlərini gücləndirməyə kömək edəcək. Əsas odur ki, divan yerə bərkidilsin və hərəkət etməsin. Məşq edərkən belinizin düz olmasını təmin etmək vacibdir.“Bütün məşqləri ən azı 15 dəfə olmaqla iki və ya üç kurs yerinə yetirməyi məsləhət görürəm, lakin qol məşqlərində təkrarlar daha çox olmalıdır. Əllərinizlə hər bir hərəkətə təxminən bir dəqiqə vaxt ayıra bilərsiniz”, - Baxturina yekunda əlavə edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.