Maykl Kohen keçmiş prezident əleyhinə yenidən ifadə verir

15-05-2024, 17:53           
Maykl Kohen keçmiş prezident əleyhinə yenidən ifadə verir
Donald Trampın bir zamanlar vəkili olan Maykl Kohen çərşənbə axşamı yenidən şahid qismində məhkəməyə çıxıb. O, Trampın ona 2016-cı il seçkisindən günlər öncə porno ulduz Stormi Danielsə susması üçün gizli şəkildə 130 min dollar pul ödəməsinə göstəriş verdiyinə dair iddiası ilə bağlı ifadə verib. Ancaq Kohenin həmçinin Trampın müdafiə vəkili tərəfindən kəskin suallarla üzləşəcyi gözlənilir.

Kohen bazar ertəsi verdiyi ifadəsində ödənişin Danielsin 2006-cı ildə Trampla cinsi əlaqəsi barədə susması üçün nəzərdə tutulduğunu və Trampın Kohenə bunun üçün geri ödədiyi pulu hüquqi xidmətlər üçün ödəniş kimi gizlətdiyini bildirib.

Kohen bazar ertəsi deyib ki, Tramp ona pulun geri qaytarılması ilə bağlı planı 2017-ci ilin yanvar ayında and içərək ölkənin 45-ci prezidenti kimi vəzifəsinin icrasına başlamazdan bir neçə gün öncə yekunlaşdırıb. Çərşənbə axşamı Kohen deyib ki, növbəti ay Trampla Ağ Evdə görüşərək, ödənişləri təsdiqləyib.

Tramp 34 maddəlik ittiham aktında 2017-ci ildə Kohenə etdiyi ödənişin onun Danielsə susması üçün göndərdiyi pulun geri ödəməsi əvəzinə hüquqi xidmət üçün ödəniş kimi göstərmək məqsədilə Trump Organization daşınmaz əmlak konqlomeratındakı biznes qeydlərini saxtalaşdırmaqda ittiham olunur.

Kohen 12 üzvlük münsiflər məhkəməsinə deyib ki, ona 2017-ci ildə, əksəriyyəti Tramp tərəfindən imzalanan aylıq 35 min dollarlıq çeklər vasitəsiləsilə ümumilikdə 420 min dollar pul ödənib. Ümumi ödənişə ona Danielsə susması üçün ödədiyi məbləğ üçün kompensasiya, vergiləri üçün əlavə vəsait, 2016-cı il üçün il sonu bonusu və başqa xərcləri üçün pul daxil olub, amma onların heç biri hüquqi xidmətləri üçün olmayıb.

Kohen deyib ki, o, 2017-cı ildə və 2018-ci ilin bir hissəsində Trampın şəxsi vəkili olub, amma ona demək olar ki, heç bir hüquqi xidmət göstərməyib. Bununla belə, Kohen deyib ki, o, o zamankı prezidentlə olan əlaqələrindən gəlir əldə etmək üçün sui-istifadə edib və başqa müştəriləri üçün gördüyü işə görə 4 milyon dollar qazanıb.

Bu arada 2000-ci illərin əvvəlindən bəri Trampın istədiyi hər şeyi etdiyini deyən Kohen ifadəsində bildirib ki, o, Tramp prezident olandan sonra bələ “sədaqətindən və onu qorumaq məqsədilə” onun adından yalan danışmağa davam edib.

Kohen bildirib ki, o, Konqres panelinə Moskvada inşası planlaşdırılan Trump Tower-la bağlı daşınmaz əmlak sövdələşməsi, “xüsusilə də cənab Trampla layihə barədə neçə dəfə söhbət etməyim və bu söhbətlərin nə zaman baş verdiyi” ilə bağlı yanlış ifadə verib.

Kohen daha sonra həmin ifayə görə yalan şahidlik etməkdə təqsirli bilinib ki, o, bu və susmaq üçün ödənilən pulla əlaqədar kampaniya maliyyə qaydalarının pozulması daxil olmaqla, bir neçə ittiham üzrə günahını etiraf edib. O, 13 ay yarım federal həbsxanada, bir il yarım isə ev dustaqlığında qalıb.

Kohenin Danielsə ödənişi ilə bağlı xəbərin 2018-ci ilin əvvəlində, yəni Tramp prezident olandan bir il sonra ictimaiyyətə məlum olmasının ardınca Tramp onunla əlaqəsini kəsib.

Kohen deyib ki, o, həmin zaman Tramp üçün yalan danışmağa davam edərək, Danielsin susması üçün pulu özünün ödədiyini və nə Trump Organization nə də Trampın kampaniyasının bunda əli olmadığını iddia edib. O həmçinin şəxsi bank hesabından etdiyi bu ödənişin ona geri qaytarılmadığını bildirib.

Ancaq daha sonra Federal Təhqiqat Bürosu agentləri 2018-ci ilin aprelində onun evində, Nyu York otelindəki otağında axtarış aparıb. Onun sözlərinə görə, agentlər onun mobil telefonlarını və çox sayda sənədini ələ keçirib.

Kohen reyd səbəbilə qorxduğunu amma Trampın ona “Narahat olma. Mən Birləşmiş Ştatların prezidentiyəm. Buraa heç nə yoxdur. Hər şey yaxşı olacaq. Möhkəm ol. Yaxşı olacaqsan” dediyini bildirib.

Kohen deyib ki, bu, onun Trampla son danışığı olub və bundan qısa müddət sonra Tramp və onun müttəfiqləri Kohenə hüquqi xidmətləri üçün ödəniş etməkdən çəkinməyə başlayıblar.

Trampın yalnız bir ailə üzvü, ikinci oğlu Erik arabir artıq beş həftədir davam edən məhkəmədə iştirak edib. Ancaq məhkəmə prosesi getdikcə daha çox siyasiləşməyə başlayıb. Belə ki, Tramp Respublikaçı tərəfdarlarını Nyu Yorka gələrək, ona dəstək nümayişi olaraq məhkəmə zalında oturmağa çağırıb.

Tramp noyabrda keçiriləcək seçkidə Respublikaçıların prezidentliyə gözlənilən namizədidir və onun 2020-ci il seçkisində onu məğlub edən Demokrat Co Baydenə qarşı yarışacağı gözlənilir.

Bazar ertəsi keçirilən məhkəmə iclasında senatorlar Tommi Tubervil və C.D. Vans, çərşənbə axşamı isə Nümayəndələr Palatasının spikeri Mayk Conson iştirak edib.

Conson bunu “saxta məhkəmə prosesi” adlandırıb və Koheni “açıq-aydın şəxsi qisas missiyasında olan və həqiqəti [söyləməkdə] çətinlik çəkən bir şahid kimi tanınan bir adam” kimi xarakterizə edib. “Onun yalan şahidlik etmək tarixçəsi var və o bununla məşhurdur,” o deyib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.