Genetik fironların uşaqlarının niyə çox vaxt qüsurlu olduğunu izah edib
27-05-2024, 11:44
Krutovski bildirib ki, qohum evlilikləri səbəbindən fironların çoxu çirkin olublar.
Fironların övladları qohum evlilikləri səbəbindən tez-tez müxtəlif qüsurlarla doğulublar. Bu, onların genomunda ata və ananın eyni qüsurlu genləri ilə izah olunur.
Bu barədə "Qazeta.Ru"ya genetika üzrə mütəxəssis, Almaniyanın Göttingen Universitetinin professoru, N.İ. Vavilova adına Rusiya Elmlər Akademiyasının Ümumi Genetika İnstitutunun aparıcı elmi işçisi, Sibir Federal Universitetinin (SFU) Genomika və Bioinformatika kafedrasının professoru Konstantin Krutovski danışıb.
"Onlar daha yüksək homoziqotikliyə sahib olublar, yəni ortaq ulubabadan tamamilə eyni geni daşıyıblar. Əgər bu genlər qüsurlu olubsa, o zaman sağlam uşağın dünyaya gəlməsi mümkün deyil", - genetika üzrə mütəxəssis izah edib.
Onun sözlərinə görə, populyasiyada belə zərərli mutasiyalar nadir hallarda olur və seleksiya yolu ilə aradan qaldırılır, lakin qohum evlilikləri ilə hər iki valideynin zərərli qüsurlu gen daşıyıcısı olma ehtimalını artır.
"Məşhur gözəllik tanrısı Kleopatranın atası VII Ptolemey naməlum kənizdən olan qeyri-qanuni övlad olub. Buna görə də o, qohumluqdan əziyyət çəkməyib və hətta gözəllik etalonu hesab olunub", - Krutovski əlavə edib.
Çox vaxt iki eyni genin olması səbəbindən fironlar hemofiliya, cırtdanlıq, polidaktiliya (əlavə barmaqlar) və epilepsiyadan əziyyət çəkiblər.