9 il yatan adam - Oyananda 21 yaşında idi!
28-05-2024, 11:14
İngiltərədə yaşayaş bu qız nə az-nə çox düz 9 il yatıb oyanmayıb.
Azerforum bildirir ki, 1871-ci ildə baş verən hadisə illər boyu sirr olaraq qalmağa davam edib. Ellen Sadlerin sirli hekayəsini sizin üçün tərtib etdik. Budur təfərrüat...
Ellenin 11 yaşına qədər səhhətində heç bir problem olmayıb. Bir gecə o, bacısı ilə yatmağa gedib, lakin səhəri gün oyanmayıb. 29 mart 1871-ci ildə ailəsi onun öldüyünü düşünürdü.
Ailəsi vəziyyəti gördükdən sonra onu oyatmaq üçün müxtəlif cəhdlər edib, lakin Ellen oyanma əlaməti göstərməyib. Nəbzi vuran və nəfəs alan balaca qızın komada olduğu qərara alınıb.
İllərlə qızının yatmasına dözə bilməyən anası Enn Sandler infarkt keçirərək dünyasını dəyişib. Həkimlərin dediyinə görə, balaca qızcığazın anasının ürəyi 9 il çəkdiyi kədərə dözə bilməyib.
Ellen düz 21 yaşında, anası öldükdən 5 ay sonra oyanıb.
O, 9 ildə bir dəfə də olsun yuxu görmədiyini deyib. Bədəninin 21 yaşı olmasına baxmayaraq, Ellenin zehni hələ 11 yaşında idi və o, inkişafdan çox uzaq idi.
Dr. Gelineua Ellenin necə yuxuya getdiyini və 9 il sonra oyandığını araşdırmağa başladı. 1880-ci ildə narkolepsiya aşkar edildi. Narkolepsiya və ya ümumi bilindiyi kimi yuxu xəstəliyi, qeyri-adi vaxtlarda yuxululuq və ani yuxu hücumları ilə xarakterizə olunan xroniki yuxu pozğunluğudur.