Yaqub Eyyubovun qardaşı qızının səfir işləyən keçmiş ərindən tələbi var - ÇƏKİŞMƏ

30-05-2024, 00:05           
Yaqub Eyyubovun qardaşı qızının səfir işləyən keçmiş ərindən tələbi var - ÇƏKİŞMƏ
Azərbaycanın Estoniyadakı fövqəladə və səlahiyyətli səfiri Anar Məhərrəmov keçmiş həyat yoldaşı Mehriban Eyyubova tərəfindən yenidən məhkəməyə verilib.

Gununsesi.info-nun əldə etdiyi məlumata görə, Mehriban Eyyubova məhkəməyə iddia ərizəsində keçmiş həyat yoldaşı Anar Məhərrəmovdan tutulan aliment məbləğinin artırılmasını, həmçinin birgə nigah dövründə əldə olunan əmlakların ədalətli bölünməsini tələb edir.

Qeyd edək ki, Mehriban Eyyubova baş nazirin birinci müavini Yaqub Eyyubovun qardaşı qızıdır.

Onun keçmiş əri Anar Məhərrəmov isə BDU-nin sabiq rektoru, keçmiş deputat Abel Məhərrəmovun oğludur.

Bir neçə il əvvəl boşanan cütlük arasında əmlak davası hələ də davam edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru