Yayda ağcaqanadlar “sevimli” qidaları olan insan qanı üçün ova çıxanda qurbanlarını xüsusi “seçir”.
“Medicina” xəbər verir ki, dermatoloq Aleksandra Fileva orqanizmdən asılı olaraq, ağcaqanadların seçimini açıqlayıb.
“Tədqiqatlar da sübut edib ki, 20% insan var ki, faktiki olaraq, xüsusi səbəblərdən ağcaqanadları cəlb edirlər.
Onların qurbanları I müsbət qan qrupu olanlar olur.
Malyariya yayan ağcaqanadlar isə daha çox IV qrup qanı seçir.
Eləcə də artıq çəkili,kök insanlara qonurlar. Çünki onlar yatanda səthi, ağır nəfəs aldığı üçün bu ağcaqanadları cəlb edir. Onların nəfəsində cəlbedici kimyəvi maddə çox olur.
Eləcə də kök adamlar tərlədiyi üçün yapışqanlı, rütubətli və qoxulu bədəni ağcaqanadlar uzaqdan hiss edir.
Ətirli duş geli, ətir ağcaqanadları qaçırmır, əksinə cəlb edir”.