Azərbaycanın ən böyük mozaikası haradadır?

30-05-2024, 17:07           
Azərbaycanın ən böyük mozaikası haradadır?
Hələ ötən əsrin 60-cı illərində ölkədə yaşayış binalarının, müəssisələrin, yeraltı keçidlərin və digər tikililərin fasadlarını mozaika ilə bəzəmək adət olub. Belə mozaika pannolarına Bakının mərkəzində bu günə qədər rast gəlmək mümkündür.
Azərbaycanda hələ də öz gözəlliyi ilə heyrətləndirən çoxlu binalar var. Əksər mozaika pannolarında kosmonavtlar, poladəridənlər, montajçılar, neftçilər, milli motivlər və kosmos təsvir olunub.
Sputnik Azərbaycan-a keçmiş SSRİ-nin 700 kvadratmetr ərazini əhatə edən ən böyük mozaikasını göstərən və bu barədə danışan tədqiqatçı Vahid Şükürov ölkədəki bütün mozaikaların tam xəritəsini tərtib etmək niyyətində olduğunu bildirib.
Sözügedən mozaika Bakının mərkəzində, Heydər Əliyev adına İdman-Konsert Kompleksinin üzərində yerləşir. Videomuzda həmin mozaikanın necə göründüyünə baxa bilərsiniz.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.