Azərbaycan xaricdən diri qoyun idxalını - 22 DƏFƏ AZALDIB

31-05-2024, 08:54           
Azərbaycan xaricdən diri qoyun idxalını -
2024-cü ilin yanvar-mart aylarında Azərbaycan xarici ölkələrdən 61,4 min ABŞ dolları dəyərində 650 ədəd diri qoyun idxal edib.

Azərbaycan şampun idxalına çəkdiyi xərci 20%-dən çox artırıb - QİYMƏTLƏR
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Bu da 2023-ci il ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 1 milyon178,5 dollar və ya 20,2 dəfə, miqdar baxımından isə 13 min 534 ədəd və ya 21,2 dəfə azdır.

2023-ci ilin yanvar-mart aylarında 1 milyon 240 min dollar dəyərində 14 min 184 ədəd qoyun gətirlib.

1 ədəd qoyunun orta ixal qiyməti 2024-cü ilin 4 ayına görə 94 dollar (161 manat) olub ki, bu illik müqayisədə 7 dollar (12 manat) və ya 8% bahalaşma deməkdir.

Qeyd edək ki, ötən ilin eyni dövründə 1 ədəd qoyunun orta idxal qiyməti 87 dollar (149 manat) təşkil edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru