Putinin iqamətgahı yandı – gizli bunker varmış…
31-05-2024, 10:21
Rusiya Fövqəladə Hallar Nazirliyi yanğınla bağlı şərh verməkdən imtina edib…
Xəbər verildiyi kimi, cümə axşamı, mayın 30-da Rusiya prezidenti Vladimir Putinin Rusiya Altay Respublikasının Onquday rayonundakı iqamətgahının binalarından biri, demək olar ki, tamamilə yanıb.
Moderator.azxəbər verir ki, bu barədə “Sirena” nəşri bloqqer Amir Aytaşev və fəal Aruna Arnanın yayımladığı yanğının fotolarına istinadla məlumat yayıb.
Jurnalistlərlə söhbətində Aytaşev dərc etdiyi fotonun bu gün çəkildiyini dəqiqlik gətirib. Redaktorların istifadə etdiyi foto-şəkillərin yoxlanılması xidmətləri kadrlarda heç bir emal izi tapmayıb.
Fövqəladə Hallar Nazirliyinin Altay Respublikası üzrə Baş İdarəsinin operativ növbətçisi son 24 saat ərzində Onquday rayonunda baş verən yanğınla bağlı müxbirin suallarını cavablandırmayıb.
2010-cu ildə Onguday bölgəsində dövlətin yüksək vəzifəli şəxsləri üçün müəmmalı tikinti haqqında məlumat yayılımış və bu layihəyə 3 milyard rubla qədər xərcləndiyi bilinmişdi.
Rəsmi olaraq, bu, “Qazprom”-a məxsus Altayskiy Dvor sanatoriya-kurort kompleksidir. Yerli müxalifət nümayəndələri dəfələrlə kompleksin Putinlə əlaqələri barədə danışıblar.
Məlumdur ki, kompleksə hasarlanmış meşə sahələri olan xüsusi təsərrüfat və Altay marallarının yetişdirilməsi üçün ferma daxildir. Jurnalistlərin fikrincə, Putin maral buynuzu vannalarında sağlamlığını yaxşılaşdırmağı xoşlayır, onun hazırlanması üçün buynuz ekstraktından – maralın yumşaq, sümükləşməmiş buynuzlarından istifadə edirlər.
Təsdiqlənməmiş məlumata görə, “Putin bunkeri” deyilən yer də burada yerləşir və guya orada 100 min nəfərə qədər adam yerləşə bilər.
Xatırladaq ki, mayın 17-nə keçən gecə Ukraynaya məxsus pilotsuz təyyarələrin Rusiyanın Krasnodar diyarındakı energetika obyektlərinə qarşı kütləvi hücumu zamanı pilotsuz təyyarələr Rusiya prezidentinin Qara dəniz sahilində, Gelencik rayonu ərazisindəki “Putinin sarayı” adlanan iqamətgahı yaxınlığına da uçmuşdu.