Kəskin miqren zamanı nə etməli? Rus həkimdən məsləhət
1-06-2024, 10:44
Çirkova qeyd edib ki, əqli əmək fəaliyyətilə məşğul olan və narahatlığa meylli olan insanlar daha çox miqrendən əziyyət çəkirlər. Miqrendən yaranan ağrıları yüngülləşdirmək üçün sükutda, istilikdə və qaranlıqda olmaq lazımdır. Bunu terapevt Olqa Çirkova "NEWS.ru"ya deyib. Həkim qeyd edib ki, miqrenin dəhşətli ağrılarını aradan qaldırmaq demək olar ki, mümkün deyil. Miqren üçün köhnə resept - isti, qaranlıq, sakitlikdir. Baş agrılarından sonra insan zəiflikdən, başındakı ağırlıqdan və qarındakı narahatlıqdan (dispepsiya) əziyyət çəkərək iki günə qədər sağala bilir. Çirkova həmçinin əlavə edib ki, bəzi insanlarda miqren tutmaları ayda 15 dəfəyə qədər, digərlərində isə bir neçə ildə bir dəfə təkrarlana bilər. Qadınlar iki dəfə daha çox bu xəstəlikdən əziyyət çəkirlər. Onlarda ilk miqren tutmaları adətən gənc yaşlarında baş verir. Əqli əmək fəaliyyətilə məşğul olan və narahatlığa meylli olan insanlar daha çox miqrendən əziyyət çəkirlər.