Dünən kartlardan oğurlanan vəsaitlər açıqlandı – 10 min manatını itirənlər var

1-06-2024, 17:34           
Dünən kartlardan oğurlanan vəsaitlər açıqlandı – 10 min manatını itirənlər var
“Düşüncə dəyişməlidir. Təhlükə var və heç kim kiber təhlükədən sığortalanmayıb. Məxfilik yemək və nəfəs almaq kimi həyatın əsas tələblərindən biridir. Ancaq buna əməl etməyən 21 vətəndaşımızın mayın 31-də bank kartı məlumatları aldadılıb alınmaqla - 10500, 10245, 4200, 2200, 1880, 1500, 1000, 927, 900, 900, 820, 730, 550, 544, 520, 450, 220, 100, 96, 44, 30 manat pulu oğurlanıb”.

AzFakt.com xəbər verir ki, bunu Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin rəisi, polis polkovnik-leytnantı Elşad Hacıyev bildirib.

O, qeyd edib ki, bir vətəndaş satışa qoyduğu əşyanı almaq üçün Qazaxıstan nömrəsindən zəng edən naməlum şəxsə bank kartı məlumatlarını verməklə 10500 manatını oğurlatdırıb.

“Naməlum şəxs ona da söz verib ki, beh göndərir, həmin əşyanı gəlib götürəcəklər”, - o əlavə edib.

E.Hacıyev daha sonra bildirib ki, başqa bir vətəndaş isə 10245 manat pulu investisiya adı ilə kriptovalyuta oyununda naməlum hesablara köçürüb.

“Ona da söz veriblər ki, hər saatdan bir qoyduğunuz məbləğ 10-20-30 faiz artacaqdır. Kiber dövrdə hər kəs şəxsi məlumatlarını qorumalıdır. Pulu oğurlanan insanları unutmayaq!”, - DİN rəsmisi “feysbuk”-da yazıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru