Xərçəngin müalicəsinə 4 min il əvvəl başlanılıb - Alimlərdən ilginc iddia

2-06-2024, 10:54           
Xərçəngin müalicəsinə 4 min il əvvəl başlanılıb - Alimlərdən ilginc iddia
Elm adamları qədim misirlilərin 4 min il əvvəl xərçəngin müalicəsi ilə bağlı təcrübə apardıqlarına dair sübutlar aşkar ediblər.
Bakupost.az xarici mediaya istinadən xəbər verir ki, texnologiyanın inkişafı ilə əlaqədar bir çox kəşflər edilsə də, xərçəngin müalicəsində yeni araşdırmalar elm dünyasının ən əhəmiyyətli səylərindən biri olaraq diqqəti çəkir.
Qədim kəşf haqqında danışan İspaniyanın Santyaqo de Kompostela Universitetindən paleopatoloq Eqard Kamaros bunu "tibb tarixinə dair qeyri-adi yeni prespektiv" adlandırıb.
Kamaros və komandası Kembric Universitetindəki Dakvort kolleksiyasında iki insan kəlləsini tədqiq ediblər. Kəllələrdən birinin eramızdan əvvəl 2687-2345-ci illərdə yaşamış 30-35 yaş arası bir kişinin olduğu müəyyən edilib.
Kəllə sümüyündə bir böyük şiş və otuz kiçik ölçülü metastaz zədələnməsi aşkar edilib. Maraqlısı isə odur ki, zədəli hissələrin ətrafında iti metal alətlə əməliyyat aparılmasıdır. Bu da onu deməyə əsas verir ki, misirli təbiblər 30 yaşlarında olan kişini sağaltmaq üçün cərrahi müdaxiləyə əl atıblar.
Alimlər bildirirlər ki, bu, tarixdə xərçəng şişinə edilən ilk cərrahi müdaxilədir.
Yaşı 50-dən yuxarı olan qadına məxsus ikinci kəllə sümüyünün isə eramızdan əvvəl 663-343-cü illərə aid olduğu sübut edilib. Bu müayinə zamanı sümüklərin bəzilərində xərçəng, bəzilərində isə kəsici silah xəsarətləri aşkar edilib.
Almaniyanın Tübingen Universitetinin tədqiqatçısı Tatyana Tondini deyib ki, mikroskop altında kəsik izlərini ilk dəfə müşahidə etdikdə gördüklərimizə inana bilmədik.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.