Dünya böyük müharibə mərhələsinə qədəm qoymaqdadır və ... POLİTOLOQ ŞƏRH EDİR...

3-06-2024, 12:54           
Dünya böyük müharibə mərhələsinə qədəm qoymaqdadır və ... POLİTOLOQ ŞƏRH EDİR...
Dünya böyük müharibə mərhələsinə qədəm qoymaqdadır və təəssüf ki, tarixdə hər zaman olduğu kimi, bu dəfə də siyasətçilər bundan qaçmaq üçün özlərində İradə və müdriklik tapa bilmirlər. Halbuki qaçmaq mümkündür.
Bir çoxları müharibələrin qaçılmaz olduğunu iddia etsə də mən bununla razılaşmaq istəmirəm. Çünki müharibələrin səbəbləri hesab edilən bütün mübahisələr sülh və danışıqlar yolu ilə aradan qaldırıla bilər.
Qalır ki, buna istək və iradə olsun. Bunun üçün də ilk növbədə mübahisə predmeti olan resursları bölüşə bilmək lazımdır. Dəxli yoxdur, istər maddi resurslar olsun, istərsə də siyasi və ya geosiyasi. Bölüşə bilmək isə yalnız böyüklərin bacardığı işdir.
Amma problem ondadır ki, belə addımlar ata biləcək böyük siyasətçilərin qıtlığı yaranıb. Müharibələr də həmişə o zaman baş verir ki, ya əksər ölkələrdə hakimiyyət başında iddialı siyasətçilər olur, ya da kuklalar.
Təəsüf ki, bu gün qarşı-qarşıya duranlar arasında hər iki qrupa daxil olanlar var. Amma onların əksəriyyəti həm iddialıdırlar, həm də kukla. Başqa sözlə, iddialı kuklalar. Təəsüf ki, belə də olur və bizlər də bunu aydın görürük.
Ərəstun Oruclu
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.