Sonsuzluğun müalicəsi ürək xəstəliyi riskini artırır

3-06-2024, 17:08           
Sonsuzluğun müalicəsi ürək xəstəliyi riskini artırır
Sonsuzluq müalicəsi alan qadınların, təbii yolla hamilə qalanlarla müqayisədə, doğuşdan sonra bir il ərzində ürək xəstəliyi ilə bağlı xəstəxanaya yerləşdirilmə ehtimalı iki dəfə çoxdur.

Bu nəticəyə "Rutgers Health" (ABŞ-nin Rutgers Universitetinin klinik bölməsi) alimləri gəliblər.

Tədqiqatın nəticələri "Journal of Internal Medicine" (JIM) jurnalında dərc olunub.

Alimlər 2010-2018-ci illər arasında ana olmuş 31 milyondan çox qadının sağlamlıq məlumatlarını təhlil ediblər. Onların arasında tədqiqatçılar əvvəllər sonsuzluq müalicəsindən keçmiş 287 813 qadını müəyyən ediblər.

Qeyd olunub ki, bu qrupa daxil olan iştirakçıların doğuşdan sonra bir il ərzində ürək xəstəliyi ilə bağlı xəstəxanaya yerləşdirilmə ehtimalı təbii yolla hamilə qalan qadınlardan iki dəfə çox olub. Xüsusilə, sonsuzluqdan müalicə olunanların ağır hipertoniya ilə xəstəxanaya yerləşdirilmə ehtimalı 2,16 dəfə çox olub.

Mənbə: gazeta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru