Planetdə nə qədər neft qalıb? - ARAŞDIRMA

4-06-2024, 09:34           
Planetdə nə qədər neft qalıb? - ARAŞDIRMA
Məşhur "Live Science" jurnalı dünyada neft hasilatı ilə bağlı araşdırma aparıb. İqtisadiyyat.az xəbər verir ki, araşdırma zamanı qara qızılın tükənib-tükənməyəcəyi ilə bağlı suallara aydınlıq gətirilib.

Elmi əsərdə qeyd edilib ki, yüz milyonlarla il ərzində dərin su anbarlarında toplanan neft əsrlər boyu yerin altında qalmış qum, lil və qaya təbəqəsi ilə örtülmüş heyvan və bitki qalıqlarından əmələ gəlib. İstilik və təzyiq isə onu tədricən maye halına çevirib.

Təxminən 165 il əvvəl plastik, benzin, asfalt və bir çox başqa məhsullar istehsal etmək üçün dünyada neft hasilatı hələ də yenilənməyən rekord səviyyəyə çatıb.

Bəs planetdə nə qədər neft qalıb və nə vaxtsa tükənəcəkmi?

Araşdırmada vurğulanıb ki, planetdə heç vaxt neft tamamilə bitməyəcək. Buna səbəb isə təbii sərvətin bir hissəsinin Antarktida kimi əlçatmaz yerlərdə olduğu göstərilir, Qeyd edilir ki, neft nöqtələrinin bəziləri isə yerin o qədər dərinliyində ola bilər ki, hətta miqdarını müəyyənləşdirmək mümkün deyil.

Elmi işdə həmçinin bəzi regionlarda yeni neft yataqlarının kəşf olunacağı ilə bağlı müjdələr də yer alıb.

Qeyd edilib ki, inkişaf etməkdə olan okean hövzələri bitki və heyvanların sürətlə basdırılması üçün əlverişli şərait yaradır, Yer qabığının hərəkəti isə bu materialı neftə çevirən istilik və təzyiq əmələ gətirir. Nəticə etibarı ilə bəzi regionlar digərlərinə nisbətən daha çox neft yataqları tapacaqlar.

"Rystad Energy" tərəfindən 2023-cü ildə aparılan araşdırmaya görə, dünyada təxminən 1,6 trilyon barel hasil edilməmiş neft var. Hələ kəşf edilməyən neft ehtiyatları da mövcuddur.

Planetdə neftə olan tələbat artacaq

Jurnal neftə olan tələbatın yaxın illərdə dəyişəcəyi ehtimalının olduğunu dərc edib.

2023-cü il enerji proqnozuna görə, dünya enerji mənbəyi kimi neftdən uzaqlaşdıqca tələbatın azalması ehtimalı var. Məsələn, 2023-cü ildə Beynəlxalq Enerji Agentliyi neft istehlakının 2030-cu ilə qədər pik həddə çatacağını və bundan sonra azalacağını proqnozlaşdırıb. Bu o deməkdir ki, proqnozlaşdırılandan daha uzun müddət üçün kifayət qədər neft ola bilər.

Məlumat üçün bildirək ki, ötən il dünya üzrə neft hasilatı orta hesabla gündə 81 804,000 barel təşkil edib. Həmin il ABŞ dünyada neft hasilatı edən ölkələr siyahısına ardıcıl olaraq altıncı dəfə liderlik edib. Qlobal neft hasilatının 40%-i üç ölkənin payına düşür. 2023-cü ildə ABŞ, Rusiya və Səudiyyə Ərəbistanı birlikdə qlobal neft hasilatına gündəlik 32,7 milyon barel töhfə verib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.