Amerika Birləşmiş Ştatlarında "Hollywood" olduğu halda, niyə Avropanın öz kino "sənaye"si yoxdur?

4-06-2024, 10:14           
Amerika Birləşmiş Ştatlarında "Hollywood" olduğu halda, niyə Avropanın öz kino "sənaye"si yoxdur?
Dünyada ən çox gəlir gətirən 50 filmin heç biri Avropadan deyil. "Hollywood" niyə və necə dominant oldu?
Bizimyol.info "webtekno"ya istinadən xəbər verir ki, "Hollywood"un dünya kinosunda dominantlığı göz qabağındadır. Amma bir vaxtlar Avropa kino dünyasının mərkəzi idi və Almaniya bu sahədə lider idi.

Bəs necə oldu ki, Avropa kino sahəsindəki üstünlüyünü itirdi?

Amerika kinorejissorları Kaliforniyanın günəşli havasından və müxtəlif mənzərələrindən istifadə edərək "Hollywood" film istehsalının mərkəzinə çevirdilər.

Tomas Edisonun patentləri və inhisarçılıq təcrübəsi bir çox müstəqil istehsalçıları Kaliforniyaya köçməyə məcbur etdi.

1915-ci ilə qədər "Hollywood" ABŞ film istehsal edən şirkətlərin 60%-dən çoxuna ev sahibliyi edirdi.

1914-cü ildə Sarayevoda baş verən sui-qəsd və ondan sonra Birinci Dünya Müharibəsinin başlaması Avropa kino sənayesinə dərindən təsir etdi

Müharibə illərində Avropada kino istehsalı milliləşdirildi və kinodan müharibə təbliğatı vasitəsi kimi istifadə edildi. Lakin müharibədən sonra "Hollywood"un dünya kino bazarındakı payı sürətlə artdı.

1920-ci illərdə Almaniya Veymar Respublikası dövründə kinonun qızıl dövrünü yaşadı. Lakin Amerika filmlərinin ölkəyə daxil olması ilə Almaniya kino sənayesi (AKS) çətin dövrə qədəm qoydu.

AKS maliyyə problemləri ilə üzləşdi və nəticədə Paramount və "MGM" tərəfindən xilas edildi. Bu, Amerika filmlərinin Almaniya bazarına hakim olmasına səbəb oldu.

II. İkinci Dünya Müharibəsindən sonra Avropa kinosu canlanmağa çalışdı

İtaliya Cinecitta ilə böyük uğur qazanıb. Fransa kino sənayesini subsidiyalaşdırmaqla beynəlxalq uğur qazandı. Lakin Avropa kinosu heç vaxt "Hollywood" kimi vahid qüvvə formalaşdıra bilməyib.

Bu gün də "Hollywood"un dünya kinosunda hökmranlığı davam edir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.