10 yaşlı uşaq Ginnesin Kitabına düşdü — Əməliyyat olunacaq

5-06-2024, 10:08           
10 yaşlı uşaq Ginnesin Kitabına düşdü — Əməliyyat olunacaq
10 yaşlı uşaq adını Ginnesin rekordlar Kitabına yazdırıb.
Demokrat.az NTV TÜRKIYE'yə istinadən xəbər verir ki, buna səbəb onun dünyadakı bütün həmyaşıdları arasında ən uzun boylu oğlan olmasıdır. Jayson 10 yaşıdadır, amma boyu 1 metr 90 santimetrdir. Körpə dünyaya gəldiyi zaman onda nadir rast gəlinən “nəhənglik sindromu” xəstəliyi açkarlanıb. Körpə dünyaya gələndə çəkisi 5 kiloqram, boyu 66 santimetr olub. Körpənin çəkisini və boy ölüçüsünü görən həkimlər qeyri-adiliyi fərq ediblər. Məlum olub ki, körpənin hipofiz vəzi böyümə hormonunu həddindən atıq ifraz edir. Böyümə hormonu digər hormonları üstələyir. Tibbdə buna “div” və ya “nəhənglik sindromu” deyilir. Uşaq 7 yaşına çatdıqda boyu 1.80 olub. 10 yaşında isə 1.90-a çatıb. Yaşı az olsa da, o, etkinlik yaşında çatmış kimi görünür. Dünyaya gəldiyi gündən bəri ailəsi övladlarınını xəstəliyinə çarə axtarır. Jayson boyunun hündürlüyünə görə Rekordlar Kitabına düşsə də, bu ona idman üstünlük qazandırır, lakin ətrafdakılar ona təəccüblü baxışlarla süzür. Buna görə də valideynləri yaxın zamanda Jaysonun əməliyyat olunacağını açıqlayıb. Hazırda çəkisi 137 kiloqram olan Jayson isə özünü xoşbəxt hiss edir və müsahibəsində “dünyanın ən hündür boylu uşağı olduğum üçün qürur duyuram”, söyləyib. Əməliyyat səbəbi təkcə ətrafdakıların təəccüblü baxışları deyil. Jayson həddindən artıq yemək yeyir. Həkimlər belə davam edərsə , onun ürəyinin böyüyəcəyini və 40 yaşına çatmamış ölə biləcəyi xəbərdarlığı edib. Jaysonu çox sevən ailəsi də bunun qarşısını almaq üçün əməliyyata razılıq veriblər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.