Fasadından yanan binaların video tarixçəsi- [videolar]

26-05-2015, 12:21           
Fasadından yanan binaların video tarixçəsi- [videolar]
Mayın 19-da 15 adamın ölümünə səbəb olan 16 mərtəbəli bina fasadından alışıb yanan ilk çoxmərtəbəli tikili deyil. Poliuretan materialla üzlənən binalarda ilk yanğın nə zaman olub? Bunu müəyyənləşdirmək çətin olsa da, baş prokuror Zakir Qaralovda poliuretan materiallı üzlüklərin binalara od sala biləcəyi siqnalı 2012-ci ildən var. O, bunu prezident Ilham Əliyevə yanğınla bağlı yaradılan Dövlət Komissiyasının iclasında demişdi.

AzadlıqRadiosunun Mahir adlı bir izləyicisi fasadından alışıb yanan binalarla bağlı tarixçələri radionun elektron poçtuna göndərib. Onun məlumatlarını əlavələrlə zənginləşdirib təqdim edirik:

Tibb Universitetinin yeni tikilən cərrahiyyə klinikası

2012, 1 oktyabr - Azərbaycan Tibb Universitetinin Tədris-Cərrahiyyə Klinikasında güclü yanğın hadisəsi baş verir.
[media=http://www.azadliq.org/content/article/27035780.html]
Xoşbəxtlikdən xəsarət alan olmur. Yanğın hadisəsi mətbuatda işıqlandırılsa da, yanğının baş vermə səbəbləri barədə ictimaiyyətə məlumat verilmir. Bina yenidən poliuretan üzlüklə üzlənir. Klinikanın açılış mərasimində prezident İlham Əliyevə tikinti işlərinin “Azərinşaat Qranit” MMC –nin apardığı bildirilir.

“Azərinşaat Qranit” MMC 2007-ci ildə yaradılıb.

Bu şirkət elə həmin ildə Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının tikintisi üzrə elan edilən tenderin qalibi olub, 14 mərtəbəli bina tikib. Bir il sonra yenə tenderin qalibi olub ATU-ya 13 mərtəbəli Tədris-Cərrahiyyə Klinikasını tikib. 2009-cu ildə isə ATU-nun köhnə korpusunu təmir edib. Şirkətin saytında növbəti illərdə hansi iri layihəni həyata keçirdiyi barədə məlumat yoxdur.

Sumqayıtda 5 mərtəbəli bina

2012-ci il, 28 dekabr - Sumqayıtda poliuretan materialla üzlənən 5 mərtəbəli yaşayış binasında güclü yanğın hadisəsi baş verir.
[media=https://www.youtube.com/watch?v=37MbAs_ZUGw]
Xoşbəxtlikdən, xəsarət alan olmur. Yanğından mühafizə xidmətinin rəsmisi yanğının penoplast üzlükdən qaynaqlandığını bildirsə də, bu nüans mətbuatın diqqətindən yayınır.

Buzovnada 5 mərtəbəli bina

2015-ci il, 27 fevral – Bakıda, Buzovnada poliuretanla üzlənən 5 mərtəbəli binada şiddətli yanğın hadisəsi baş verir. Xoşbəxtlikdən, insan tələfatı olmur. Bu hadisəyə, ölkə mətbuatında geniş yer verilmir. Hadisə barədə az sayda internet saytında xəbərlər yer alır.

Nobel prospektində 9 mərtəbəli bina

2015-ci il, 10 aprel - Bakının Xətai rayonu, Nobel prospektində poliuretanla üzlənən 9 mərtəbəli yaşayış binası bir göz qırpımında alışır. Birinci mərtəbədən başlayan alov bir an içində 9-cu mərtəbənin fasadını yandırıb yaxır.

Xoşbəxtlikdən yanğın hadisəsində insan tələfatı olmur. Bu hadisə ölkə mətbuatında böyük rezonans doğurur. Mətbuat poliuretanın təhlükəli material olduğu barədə dönə-dönə xəbərdarlıqlar edir, jurnalistlər sakinlər arasında reportajlar hazırlayırlar. Fasadlarında poliuretan üzlük istifadə edilən binaların sakinləri hər gün qorxu, həyəcan, stres keçirirlər. Hamı böyük fəlakətin baş verəcəyini gözləyir, ancaq heç kim bunun qarşısını almaq üçün təsirli tədbir görmür. Üzlüyün sökülməsi üçün sakinlər imzatoplama kampaniyasına start verir. Toplanan imzaların təqdim edildiyi qurumlar sakinlərin narahatçılığına əsas görmürlər.

Bir oxucu AzadlıqRadiosuna Dövlət Yanğın Nəzarəti Xidmətinin binaların üzünə çəkilən poliuretanın keyfiyyəti ilə bağlı sakinləri əmin edən cavabının surətini də göndərib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.