Kral ailəsində dramatik münasibətlər: Şahzadə Harriyə atası ilə bağlı mühüm məlumat verilmədi

9-04-2025, 17:38           
Kral ailəsində dramatik münasibətlər: Şahzadə Harriyə atası ilə bağlı mühüm məlumat verilmədi
Böyük Britaniyanın kralı III Çarlzın kiçik oğlu, şahzadə Harri valideyninin səhhəti barədə məlumatsız qalıb.

Oxu.Az-ın verdiyi məlumatına görə, bu barədə "Us Weekly" nəşri xəbər yayıb.

Bildirilir ki, Sasseks hersoqu atasının xəstəxanaya yerləşdirilməsi barədə kral ailəsinin üzvlərindən deyil, xəbərlərdən öyrənib.

Kraliyyət eksperti Mett Uilkinson Bukinqem sarayının bu qərarının səbəbləri barədə öz fərziyyələrini bölüşüb.

Onun fikrincə, kral ailəsi drama əlavə etmək və vəziyyətin əslində olduğundan daha ciddi görünməsini istəməyib.

"Kral III Çarlza prostat xərçəngi diaqnozu qoyulan zaman, Harriyə dərhal bu barədə məlumat verilmişdi və o da gəlmişdi", - deyə Uilkinson qeyd edib.

Xatırladaq ki, mart ayının sonunda Bukinqem sarayının Mətbuat Xidməti III Çarlzın xərçəng müalicəsinin yan təsirləri səbəbindən xəstəxanaya yerləşdirildiyini xəbər verdi. Bununla əlaqədar olaraq 27 və 28 mart tarixlərində planlaşdırılan bütün qəbullar ləğv edildi. Lakin qısa müşahidədən sonra monarx Londondakı Klarens-haus iqamətgahına buraxıldı.

Səhhətindəki problemlərə baxmayaraq, 76 yaşlı III Çarlz ölkənin həyatında fəal iştirak etməyə davam edir. Keçən həftə monarx Vindzor qəsrində Böyük Britaniyanın musiqi icmalarının şərəfinə keçirilən qəbulda yerköküdən hazırlanan fleytada çalıb. Bu hadisə kralın xəstəxanaya yerləşdirilməsindən sonra ilk ictimai çıxışı olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru