Makron Trampa rüsumlara yenidən baxmağı tövsiyə edib

9-04-2025, 15:34           
Makron Trampa rüsumlara yenidən baxmağı tövsiyə edib
Fransa Prezidenti Emmanuel Makron Ağ Ev rəhbəri Donald Trampı Avropa İttifaqı ölkələrindən idxal edilən məhsullara qarşı tətbiq olunan gömrük rüsumları ilə bağlı qərarını dəyişməyə çağırıb.
Bu barədə "Le Parisien" məlumat yayıb.

"Avropa heç vaxt xaos istəməyib. Avropa Komissiyası buna cavab vermək üçün fəaliyyət göstərir. Prezident Tramp bu qərarına yenidən baxmalıdır", – deyə Makron Misirə səfəri zamanı bildirib.

Xatırladaq ki, bundan əvvəl Trampın tətbiq etdiyi yeni idxal rüsumlarından sonra onun sərvətinin 10% azaldığı açıqlanmışdı.

Aprelin 2-də Tramp 185 ölkədən idxal olunan mallara yeni rüsum sistemi tətbiq edib. Baza gömrük rüsumu bütün məhsullar üçün 10% olsa da, bəzi ölkələrə daha yüksək tariflər tətbiq olunub – Çin üçün 34%, Vyetnam üçün 46%, Avropa İttifaqı üçün isə 20%. Cavab olaraq Çin də ABŞ məhsullarına 34%-lik rüsum tətbiq edib.

Dünya liderləri Trampın bu qərarını kəskin tənqid edərək cavab tədbirləri ilə hədələyiblər.

Bu fonda ABŞ-nin fond bazarı kəskin şəkildə aşağı düşərək pandemiya dövrünün əvvəlindəki səviyyəyə geriləyib. Trampın gömrük rüsumları Avropadakı müdafiə sənayesi şirkətlərinin səhmlərini də çökdürüb. ABŞ-nin rüsum qərarından sonra dünyanın ən varlı insanları ümumilikdə 208 milyard dollar itirib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.