Bütün bu texnikalar Muxtar Babayevin ayağındadır... - PULLA ALINIB EEE... KONFET KAĞIZI İLƏ YOX!

9-04-2025, 16:16           
Bütün bu texnikalar Muxtar Babayevin ayağındadır... -
İllərdir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi başda olmaqla yerli icra hakimiyyətləri də daxil olmaqla... DÖVLƏTİMİZ adına baha qiymətə ağacları köçürmək üçün xüsusi əkin-köçürmə texnikası satın alınır. "DİA-AZ" bildirir ki, amma buna rəğmən həmin texnikalar ictimaiyyətə yalnız bir neçə dəfə göstərilib ki, bu da həmin bahalı texnikaların artıq sıradan çıxarılmasına dəlalət etməkdədir.
Bu barədə "DİA-AZ" oilaraq sosisal şəbəkə istifadəçilər tərəfindən ünvanlanan haqlı, həmçinin aktual müraciəti diqqətinizə təqdim edirik:
"“Azəryaşlandşaft” ASC-nin deyəsən ağacları köçürmək üçün xüsusi texnikası var. 2016 cı ildə gün üzünə çıxarıbar. Sonra o texnikaya nə oldu... bilinmir...
Naxçıvanın ETSN-ni isə keçən il bir ədəd sözügedən texnikadan alıb. Onu da deyəsən istifadə etməyiblər, çünki internet üzərindən axtarış apardıq, hansısa məlumata rast gəlmədik.
Sumqayıtda da 2016-cı ildə istifadə olunub belə bir texnikadan.
Bu texnikalar hardadır, ay Ekologiya və Təbii Sərvətlər Nazirliyi və icra hakimiyyətləri?
Hər halda, keçmiş ETSN rəhbəri Muxtar Babayev bu sualın cavabını daha dəqiq bilir..."
















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru