Serial eşqi qısa çəkdi: Azərbaycanlı aktrisa Nəsrin Cavadzadə və Pamir Pekin ayrılıblar?

9-04-2025, 15:48           
Serial eşqi qısa çəkdi: Azərbaycanlı aktrisa Nəsrin Cavadzadə və Pamir Pekin ayrılıblar?
Geniş izləyici kütləsi toplayan "Sandık kokusu" serialının ulduzu, Türkiyədə yaşayan azərbaycanlı aktrisa Nəsrin Cavadzadənin xoşbəxtliyi qısa çəkib.

Bu barədə "Ensonhaber" nəşri məlumat verib.

Serialda rol yoldaşı olan Pamir Pekinlə eşq yaşayan aktrisanın sevgilisindən ayrıldığı iddia edilir.

Qeyd edək ki, şəxsi həyatı ilə tez-tez gündəm olan Nəsrin Cavadzadə və Pamir Pekin serial bitdiyi zaman münasibətlərini açıq şəkildə bəyan etmişdilər.

Lakin həyat tərzləri uyğun gəlməyən cütlüyün ayrıldığı xəbərləri yayılıb. Nəsrin Cavadzadənin bir müddət əvvəl Pamir Pekinin izləyiciləri sırasından çıxması da diqqət çəkib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru