"Apple"ın dizayneri və "OpenAI"nin rəhbəri güclərini birləşdirirlər: Yeni cihaz yaradılır

9-04-2025, 17:18           
"Apple"ın dizayneri və "OpenAI"nin rəhbəri güclərini birləşdirirlər: Yeni cihaz yaradılır
"iPhone", "iPad" və "MacBook" kimi "Apple"ın məşhur məhsullarının yaradılmasının arxasında duran əfsanəvi dizayner Coni Ayv "ChatGPT" kimi populyar çat-botu da daxil olmaqla süni intellekt sahəsində irəliləyişləri ilə tanınan "OpenAI" şirkətinin baş direktoru Sam Altman ilə güclərini birləşdirib. Birlikdə onlar Ayvın yeni şirkəti olan "LoveFrom"un ilk məhsulu ola biləcək formaca smartfona bənzəyən inqilabi portativ süni intellekt cihazının yaradılması üzərində işləyirlər.

Oxu.Az bu barədə "9to5Mac" nəşrinə istinadla məlumat verir.

Bildirilir ki, "OpenAI" Altman və Ayv tərəfindən əsası qoyulmuş "io Products" startapını almaq imkanını nəzərdən keçirir. Potensial sövdələşmənin məbləği 500 milyon dollar qiymətləndirilir.

Süni intellektəsaslı cihazın dizaynı ilkin mərhələdə olmasına baxmayaraq, mənbələr bir neçə mümkün variantı göstərir. Bunların arasında mobil qadcet, bəlkə də ənənəvi ekransız, ya da süni intellekt tərəfindən idarə olunan ev cihazı qeyd edilir.

Bununla belə, bəzi insayderlər bunun adi telefon olduğunu qəti şəkildə inkar edirlər.

Ayv və Altmandan yeni məhsulun sadəcə smartfona əlavə deyil, onun tam əvəzedicisi olmağa iddialı olacağı güman edilir.

Layihənin konkret detalları hələlik gizli saxlanılsa da, ilk qeydlər süni intellekt dövrünə yönəlmiş tamamilə yeni şəxsi cihazın yaradılmasına işarə edir.

"OpenAI"ın "io Products"a marağı niyyətlərin ciddiliyini və hazırlanan cihazın potensialını təsdiqləyir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru