Elektromobillərin zəhərli olduğu üzə çıxdı

10-07-2024, 16:19           
Elektromobillərin zəhərli olduğu üzə çıxdı
Dyuk Universiteti və Texas Texniki Universitetindən olan amerikalı alimlər "əbədi kimyəvi maddələr" kimi tanınan poliftoralkil birləşmələrinin (PFAS) yeni mənbəyini tapıblar.

Onun elektromobillərin istehsalı ilə əlaqəli olduğu ortaya çıxıb.

Tədqiqat Nature Communications (NatComms) elmi jurnalında dərc olunub.

PFAS yemək yapışmayan qablar, su keçirməyən materiallar və digər məhsulların istehsalı üçün istifadə edilən 16 min kimyəvi maddədən ibarət qrupdur. PFAS ətraf mühitdə çətin parçalanır, buna görə də onlara "əbədi kimyəvi maddələr" deyilir. Orqanizmdə toplanan bu maddələr xərçəng, endokrin və reproduktiv sistem xəstəliklərinə və digər ciddi diaqnozlara səbəb olur.

Elektrikli avtomobillər üçün akkumulyator istehsal edən fabriklərin yaxınlığındakı hava, su, qar, torpaq və çöküntü nümunələrində yüksək səviyyədə PFAS aşkarlanıb.

Tədqiqat göstərir ki, litium-ion batareyalarının yalnız təxminən 5%-i təkrar emal olunur və 2040-cı ilə qədər litium-ion batareya tullantılarının həcmi təxminən 8 milyon ton ola bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru