Əhalinin ən çox borcu hansı banklaradır? – RENKİNQ CƏDVƏLİ

27-07-2024, 00:12           
Əhalinin ən çox borcu hansı banklaradır? – RENKİNQ CƏDVƏLİ
Təkcə bu ilin iyun ayında Azərbaycanda 7 milyon 633.8 min manat həcmində istehlak kreditləri verilib. Kredit portfelinin strukturu isə belədir:

biznes kreditləri – 54.6% (13,874.8 mln. manat);
istehlak kreditləri – 30% (7,633.8 mln. manat)
ipoteka kreditləri – 15.4% (3,920.8 mln. manat)

Ümumi qeyri-işlək kredit portfelində (672.8 milyon manat) istehlak kreditlərinin həcmi 34% (226.3 milyon manat) təşkil edir və bu, bir qədər düşündürücü rəqəmdir.

Ümumilikdə bank sektoruna nəzər salsaq, demək olar ki, əsas gəlir mənbələrindən bəlkə də birincisidir. Çünki istehlak kreditləri üzrə faizlər daha yüksək və daha qısamüddətli pullar tələb edir. Bu isə pulun sürətli dövriyyəsini və daha çox qazancı təmin edir.

2024-cü ilin aprel-iyun aylarında istehlak kreditləri üzrə ən yüksək dinamikanı dövlət bankı olan AzƏr Türk Bank ASC göstərib. Artım tempinə görə ikinci sırada digər dövlət bankı ABB ASC qərarlaşır. Nəhayət üçüncü sırada özəl bank olan Yelo Bank ASC-dir.

İstehlak kreditlərinin cəmi həcminə gəlincə əhalinin sosial kartlarına xidmət göstərən Kapital Bank ASC və ABB liderdir. Üçüncü sırada pərakəndə bank bazarının liderlərindən biri olan Unibank dayanır və onun ikinci sırada dayanan dövlət bankın ilə istehlak kreditlərinin həcmindəki fərqi 1 milyard manatdan yuxarıdır.

ena.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru