Mərcangilənin daha bir faydası üzə çıxdı

28-07-2024, 09:54           
Mərcangilənin daha bir faydası üzə çıxdı
Mərcangilənin sidik yolları infeksiyaları üçün faydalı olduğu sübut edilib. TEREF Medicina.az-a istinadən xəbər verir ki, bunu Bond Universitetinin alimləri aşkarlayıblar.Yeni araşdırma mərcangilə şirəsi içən insanların sidik yollarının infeksiyalarından daha çox qorunduqlarını göstərib.Bu giləmeyvənin tərkibində bakteriyaların sidik yollarının divarlarına yapışmasının qarşısını alan birləşmələr olduğu ehtimal olunur. Bu birləşmələr infeksiyanın inkişafını ləngidə bilər.Mərcangilə şirəsinin effektivliyi dünya üzrə 3 091 subyektin iştirak etdiyi 20 tədqiqatın nəticələrini birləşdirən meta-analizlə təsdiqlənib.Bu araşdırmanın nəticələri sidik yolları infeksiyasının müalicəsində antibiotiklərin istifadəsini azalda bilər.Məlum olub ki, mərcangilə şirəsi içənlərin bu cür infeksiyalara yoluxma riski 54% azdır.Bu şirə həm də antibiotiklərə ehtiyacı 59% azaldır və sidik yolları infeksiyası olan insanlarda simptomları xeyli yüngülləşdirir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru