İnsan ömrü barədə qeyri-adi tədqiqat: 105 yaşdan sonra vaxtsız ölüm ehtimalı yoxa çıxır

29-07-2024, 16:04           
İnsan ömrü barədə qeyri-adi tədqiqat: 105 yaşdan sonra vaxtsız ölüm ehtimalı yoxa çıxırQomperts qanunu insanlara şamil edilmir, əks halda ölüm ehtimalı 105 ildən sonra da artardı.
İnsanın uzunömürlülüyü mübahisəli mövzudur, lakin son araşdırmalarda alimlər belə qənaətə gəliblər ki, ölümün bioloji ehtimalı yalnız 105 ilə qədər artır. Sonra isə hər şey özümüzdən asılıdır.
Bu barədə, yəni insanın uzunömürlülüyünün imkanlarına dair ABŞ və İtaliya alimləri "Science" jurnalında araşdırma dərc ediblər.
Qrupun nümayəndəsi, ABŞ-ın Berklidəki Kaliforniya Universitetindən Kennet Uoxter, yaşlı italyanları müşahidə etdiklərini və çox maraqlı bir nəticəyə gəldiklərini söyləyib. Heç demə, həyatın 105-ci ilində vaxtsız ölüm ehtimalının artması dayanır.
Sadə dillə desək, 60 yaşında ölüm ehtimalı 80 yaşında olduğundan aşağı olur, çünki bu müddət ərzində sağlamlıq vəziyyəti xeyli pisləşməyə doğru gedir. 105 və 115 yaşlarında isə ölüm ehtimalı eynidir, hər şey öz əlimizdədir.
Tədqiqatda 2009-2015-ci illərdə tələb olunan yaşa çatmış 105 və yuxarı yaşı olan 3836 İtaliya sakini iştirak edib. Onların əksəriyyəti, təbii ki, qadınlar olub. Yalnız 463 kişi tələb olunan həddi keçib. Məlum olub ki, "təhlükə əyriləri" 105 yaşa çatdıqdan sonra sabitləşir, bu da ölüm ehtimalının artmasını dayandırması deməkdir.
Ümumiyyətlə, təbiətdə qondarma Qomperts qanunu var - müəyyən bir yaşa çatdıqdan sonra növlərin əksər nümayəndələri qocalıqdan ölür, qalanları üçün isə ölüm ehtimalı hər növbəti il artır.
2016-cı ildə amerikalı tədqiqatçılar insanların maksimum 110-115 ilə qədər yaşaya biləcəyini bildirsələr də, alimlər insan həyatının bu heç də ürəkaçıcı olmayan qanuna tabe olmadığına ümid etməkdə davam edirlər.
Uoxter və onun həmkarları bu perspektivlə razılaşmırlar. Onlar uzunömürlülər haqqında toplanmış bütün məlumatları təhlil etdikdən sonra qənaətə gəliblər: 105 ildən sonra bu həddən yuxarı nə qədər sağ qalmağınızın əhəmiyyəti yoxdur - heç nə dəyişmir. Buradan belə nəticə çıxır ki, Qomperts qanunu insanlara şamil edilmir, əks halda ölüm ehtimalı 105 ildən sonra da artardı. Qomperts qanunu insanlara şamil olunmadığına görə, bu, insan həyatının heç bir sərhəddinin olmadığını göstərir.
Məlumatlar olduqca etibarlı görünür, lakin elm dünyasında, əlbəttə ki, az adam onlarla razılaşıb. Məsələn, məşhur alim Brendon Milhollend əbədi həyatın mümkün olmadığını bəyan edib. O hesab edir ki, insan ömrünün həddi, sadəcə olaraq 110-115 ildən yüksəkdir, lakin bu, şübhəsiz ki, sonsuza qədər davam edə bilməz.
Müasir dünyanın ən yaşlı insanı 146 il yaşayıb və 2017-ci ildə vəfat edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.