Laçını qorumaq mümkün idimi?
29-07-2024, 15:38
İllər boyu mən elə düşünürdüm ki, 1992 ilin mayında Laçın uğrunda həlledici döyüşlər məhz şəhər ətrafında olmalı idi. Bu xəritəni son müharibələrin gedişi ilə müqayisə edərkən, Laçın şəhəri uğrunda şiddətli döyüşlərin olmaması səbəbini anladım. Laçın polkunun komandiri Arif Paşa yazır: “Düşmən Dağlıq Qarabağ ərazisindən Suarası istiqamətində zərbə endirərək, bizim "Qayğı” qəsəbəsində yerləşən qüvvələrin arxasına çıxmalı və Ermınistan tərəfdən gələn qoşunun dəstəyi ilə Laçın - Qubadlı yolunu bağlamalı idi. Laçın Polisi düz 5 dəfə bu həmlənin qarşısını almaqla, əhalisinin böyük bir hissəsini məhv edilməkdən və əsir düşməkdən xilas etmişdi. Ermənistan tərəfdən 2500 nəfərlik şəxsi heyətə və 55 zirehli texnikaya malik “Davud Sasunski" polku ilə Şuşa, eləcə də Zerti və Xtsabert istiqamətlərindən hücum edən erməni hərbi qüvvələrinin presi arasında olan Azərbaycan silahlı qüvvələri, ərazini tərk etmək məcburiyyətində idi”.
Xəritəyə diqqət yetirsəniz, görərsiniz ki, Şuşanın işğalından sonra Laçını qorumaq mümkün deyildi.
Эльдар Тагиев
TEREF