Nazirlə evlənib, liderlə gizli eşq yaşayan alman birinci xanımın sonu

29-07-2024, 10:18           
Nazirlə evlənib, liderlə gizli eşq yaşayan alman birinci xanımın sonu
Baku TV-də çoxuşaqlı olduğu üçün nasistlərin təsis etdiyi "Qəhrəman ana" xaçının ilk sahibi, "Ərimi sevirəm, amma Fürerə aşiqəm" deyən, Sovet ordusunun əlinə keçməsinlər deyə altı övladını öz əlləri ilə zəhərləyib öldürən 3-cü Reyxin birinci xanımı Maqda Gebbels haqqında araşdırma materialı efirə gedib. 19 yaşında Maqda qatarda özündən 20 yaş böyük iş adamı Günter Kvantla tanış olur və cütlük tezliklə evlənir.

Bu evlilikdən bir oğlan uşağı dünyaya gəlir. Günterin çox xəsis və maraqsız insan olması və ölən dostunun üç uşağını övladlığa götürməsi gənc Maqdanı çox qıcıqlandırırdı. Evliliyi zamanı Maqda Amerikaya səfər edir. Orada ABŞ Prezidenti Herbert Huverin qohumu ona evlilik təklifi etsə də, Maqda xasiyyətcə ərinə bənzəyən gəncdən imtina edir. Amerikadan qayıdan Maqda məktəb illərindən tanıdığı həmyaşıdı və əslən yəhudi olan Viktor Arlazorovla münasibətə başlayır. Bundan xəbər tutan əri Maqdanı evdən qovur.

Evdən gedəndə Maqda ərinin keçmiş məşuqələrindən qalan məktubları götürür və onların sayəsində məhkəməni udaraq ərindən külli miqdarda pul və yeni ailə quranadək oğlunun üstündə qəyyumluq hüququnu qazanır. V.Arlazorovla münasibətini bitirdikdən sonra Maqda Milli Sosial Alman İşçi Partiyasının qurultayında iştirak edir.

Gənc partiya fəalı Yozef Gebbelsin çıxışına heyran olur və ona yaxınlaşmaq qərarına gəlir. V.Arlazorovla münasibətdə olduğu müddətdə yaxasına "David ulduzu" taxan Maqda fikirlərini dəyişərək nasist partiyasına üzv olur. Heç bir gözəl qadına biganə qalmayan Yozef Gebbelsin diqqətindən qaçmayan Maqda çox keçmədən onun köməkçisi vəzifəsinə təyin edilir.

1931-ci ildə Maqda ilə Yozef ailə qururlar və cütlüyün 6 övladı olur. Bütün uşaqların adları Hitlerin şərəfinə "H" hərfi ilə başlayır. Tarixçilər iddia edirlər ki, Maqda partiyaya Gebbelsə görə deyil, məhz Hitlerə görə gəlib. Hətta Hitlerin də ona aşiq olduğu deyilir. Bəzi mənbələrdə Maqdanın uşaqlarının ikisinin məhz Hitlerdən olduğu güman edilir.

Müharibəni uduzacaqlarını düşünən Maqda təxminən 40 yaşında nevroloji xəstəliyə tutulur, depressiyaya düşür. Sovet ordusu qalib gələndə o, ailəsinin başına nə gələcəyindən çox narahat olur və məğlub olacaqları təqdirdə çıxış yolu axtarmağa başlayır.

O fikirləşirdi ki, uşaqları atalarının günahlarına görə SSRİ-yə aparılacaq və zooparkda nümayiş etdiriləcəklər. Maqdaya Almaniyadan qaçmaq təklif edilsə də, o bu təklifi rədd edir və uşaqları özləri ilə birlikdə öldürmək qərarına gəlir. Uşaqları çimizdirdikdən və əyinlərinə təzə ağ paltar geyindirdikdən sonra Maqda onlara şirə ilə yuxu dərmanı verir. Yatmaq üzrə olan uşaqların ağzına sianid tökür.

Övladlarının öldüyünə əmin olan valideynlər bir saat sonra intihar edirlər. Maqda zəhər içir, Yozef isə özünü güllələyir. Onun tapşırığı ilə köməkçilər cütlüyün meyitlərinə benzin tökərək yandırırlar.

Ətraflı süjetdə:













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.