Kanar adaları sahillərində əfsanəvi Atlantidanın prototipi aşkar edilib

14-08-2024, 16:18           
Kanar adaları sahillərində əfsanəvi Atlantidanın prototipi aşkar edilib
İspaniyanın Ali Elmi Tədqiqatlar Şurasının (CSIC) Geologiya və Mədən İnstitutunun alimləri Kanar adalarının Lansarote sahillərində üç vulkandan ibarət batmış dağ aşkar ediblər. Tədqiqatçıların fikrincə, bu yer suyun altında batmış mifik ada sivilizasiyası olan əfsanəvi Atlantidanı xatırladır.

Bu barədə CSIC-nin rəsmi saytında məlumat verilib.

Komandanın məlumatına görə, sualtı dağın diametri 50 kilometr, təməli isə okean səthindən 2.3 kilometr aşağıda yerləşir. Zirvəyə Los-Atlantes adı verilib.

Elm adamları Los-Atlantes dağını uzaqdan idarə olunan vasitə ilə Lansarotenin şərq sahillərində dəniz dibini araşdırarkən aşkar ediblər.

Tədqiqata əsasən, Los-Atlantes Eosen dövründə (56-34 milyon il əvvəl) arxipelaq olub. Vulkanların püskürməsi başa çatdıqda, lava bərkiyib və sıxlaşaraq adaların batmasına səbəb olub.

Alimlər müəyyən ediblər ki, sualtı adalarda çimərliklər, qayalıqlar və qum təpələri var. Onlardan bəziləri okeanın səthindən cəmi 60 metr aşağıdadır. Dəniz səviyyəsinin xeyli aşağı olduğu son buz dövründə bu ərazilərdə vəhşi heyvanlar məskunlaşmış ola bilərdi.

Tədqiqatçılar 2025-ci ildə Kanar adalarının sualtı vulkanlarına yeni ekspedisiya təşkil etmək niyyətindədirlər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.