Sarımsaq Azərbaycana hansı ölkələrdən və neçəyə gətirilir? – Marketlərdə 3,2 dəfə baha satılır

19-05-2025, 15:56           
 Sarımsaq Azərbaycana hansı ölkələrdən və neçəyə gətirilir? –
Bu ilin ilk 3 ayında Azərbaycana xarici ölkələrdən 474,8 ton sarımsaq gətirilib.
Yeniavaz.comaçıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, idxal olunan sarımsağın 1 kiloqramının orta gömrük dəyəri 2 manat 27 qəpik (1,33 dollar) təşkil edib.
Məlumat üçün bildirək ki, ixdal olunan sarımsaq Azərbaycana əsasən aşağıdakı ölkələrdən gətirilib:
Çin – 380,5 ton (1 kiloqramının orta gömrük dəyəri 2 manat 20 qəpik);
Misir – 55 ton (2 manat 20 qəpik);
İran – 35,9 ton (2 manat 24 qəpik);
Rusiya – 3,4 ton (4 manat 34 qəpik).
Qeyd edək ki, bu ilin aprel ayında idxal olunan sarımsağın 1 kiloqramının marketlərdə orta satış qiyməti 7,2 manat təşkil edib. Açıqlanan rəqəmlərdən də göründüyü kimi, sarımsaq marketlərdə gömrük dəyərindən 3,2 dəfə baha satılır.
Onu da qeyd edək ki, bu ilin ilk 3 ayında Azərbaycandan Səudiyyə Ərəbistanına da 170 kiloqram sarımsaq aparılıb. Səudiyyə Ərəbistanına aparılan sarımsağın 1 kiloqramının orta gömrük dəyəri 38 manat 30 qəpik (22,5 dollar) təşkil edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru