Çində BYD taksidə istifadə üçün avtomobil satışına başlayıb
Bu gün, 16:24
Çinin avtomobil istehsalçısı BYD öz daxili bazarında taksidə iş üçün E7 sedanının satışına başlayıb
Bu barədə carnewschina.com xəbər verir.
Sedanın uzunluğu 4 780 mm, eni və hündürlüyü isə müvafiq olaraq 1 900 və 1 515 mm təşkil edir.
Təkər bazası 2 820 mm-dir. Yeni avtomobil 136 at gücündə elektrik mühərriklə təchiz edilib.
Maksimal sürət 150 km/saatdır. Tam doldurulmuş batareya ilə gediş məsafəsi üzrə seçilmiş komplektasiyadan asılıdır və 450 və ya 520 kilometr təşkil edir.
Komplektasiyaya 16 düymlük təkər diskləri, rəqəmsal cihaz paneli, media sistemi, kondisioner və panoramik dam daxildir.
Qeyd edək ki, Çində BYD E7-nin qiyməti 103.8 min yuandan (25 min manata yaxın) başlayır.